Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüstəm BehrudiSalam, dar ağacı

Salam, dar ağacı

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya Ardı »

Rüstəm BehrudiVətən,,,

Vətən,,,

Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri,ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım,-
Vətən!

Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərədimi-
Vətən!

Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı-qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
Vətən!

Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi;
…Füzulinin məzarı da Vətəndi-
Vətən!

Mənə üz tut-yurda ocaq qurana,
“Turan”-deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana,
Vətən!

Mənim andım “Ya bütövlük,ya qandı”,
Zalım dostlar, qəbul edin bu andı.
Qara başım bu yol üstə qurbandı,-
Vətən! Ardı »

Rüstəm BehrudiBoz qurd

Boz qurd

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim…
İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan,biri gündoğan-
Dağından,daşından,adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən-
Sevgili bir yurd.
Sevgili bir yurd-
Hər gecə, hər gecə yuxularımda.

Hər gecə,hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-Ulaya dolaşıb gəzən,
Obu,Yeniseyi, İtili keçib
Altaytək,Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd-
Hər gecə, hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa Ardı »

Rüstəm BehrudiAta dili

Ata dili

«Anamın kitabı» – anamın dili,
Bu adla çağırdım dilimin adın.
Mənim ürəyimdən özgə şey keçir,
Ey məni dünyaya gətirən qadın !..

Bu sirri açmaqda bəlkə günahdıır,
Mənim günahımı, ana, bağışla.
Sən yenə əvvəlki ucalıqda ol.
Oğlunam, verdiyin cana bağışla.

Bu dildə söz desəm, çatar tanrıya,
Çoxları bu sirri anlamır, dədə,
Biz «bizi» yaşadan dilə yenmişik,
Bu Vətən torpağı kiçiləndə də.

Dilimə «can» dedim, canım dilimdə,
Ey dilim, sözümü köməyə gətir.
Min il açmamışıq bir sirri, ustad,
Gərək mən danışım bu həqiqəti.

- «Anamın kitabı» çoxuna yaddır,
Deyərəm nə üçün, səbrini gəl bas.
-Yurd boyu kəhər at oynadanların
Atası kim olub?
- Bizans, ərəb, fars…

O Uzun Həsənin əksi gözümdə,
Dolaşdı ər kimi bu yurd boyunca…
Halalı, qadını kim oldu?!
- Yad qızı,
Oturub ağlayım, dilim, doyunca.

Allah, Ardı »

Rüstəm BehrudiSən mənim eşq adlı dəliliyimsən

Sən mənim eşq adlı dəliliyimsən

Deyirdim başıma dəlilik gələr,
Bir gün 27 yaşımda bəlkə.
Otuzu adladım
Xəbərsizəm mən,
Dəlilik yaşayır başımda mənim.

Mən ruh adamıyam ruhumda sənsən,
Ruhuma qul olan sözdü can, ancaq.
Nəyim var al, götür
eşqinən gələn
Dəlilik istərəm Tanrıdan ancaq.

Mən sənə yaxınam , özündən yaxın,
Sən mənə uzaqsan nə qədər Allah,
Xoşbəxtlik gətirmir bu sevinc niyə,
De niyə öldürmür bu kədər Allah!

Yaxınsan , duyarsan pıçıldasam mən,
Əlimi uzatsam saçlarındadı.
Bəs niyə gözlərin ayrılıq deyir,
Bəs niyə sözlərin ayrılıq dadır?
Sənin yollarinda ayrılıq,
mənim
Yollarımda qəza - qədər yaşayır.
Mənim ürəyimdə sənin gözlərin,
Sənin gözlərində kədər yaşayır.

Sənə qovuşmağa gəlirəm , yetər
Bəndənəm , gözünü yola dik Allah!
Bagışla sözumdən dəlilik yagır,
Sevgidən ölməkdi dəlilik , Allah!

Elə ayrılıq da , vüsal da səndə,
Tanrısan , bəndəsən de axı kimsən?!
Sən Ardı »

Rüstəm BehrudiVida türküsü

Vida türküsü

Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.

Bir sevda var-ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdisə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.

Bu gün şaman imanını,
Öz içində Turanını,
“Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin”.

Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.

Nə kafirəm, nə də asi,
Sevdim haqqa yenən kəsi.
Məkkəsiylə Mədinəsi
Ulu Altay olan gəlsin.

Gedin Çinə vara-vara
Xəbər verin Uyğurlara.
Tikə-tikə,para-para
Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin. Ardı »