Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz RövşənKim deyir yuxuda ölmək asandır

Kim deyir yuxuda ölmək asandır

Deyirlər, yuxuda ölmək asandı…
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.

Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan. Ardı »

Ramiz RövşənBu qatarın dalınca baxma

Bu qatarın dalınca baxma

Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində…
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı. Ardı »

Ramiz RövşənYıxılır/

Yıxılır/

Çaşıb solunu-sağını,
Hamı bir ucdan yıxılır.
Yadırğayıb uçmağını
Quşlar ağacdan yıxılır.

Üz tutub haqqın yoluna
Gedənlərin vay halına,
Baş əymir dünya malına,
Qəpik-quruşdan yıxılır.

Öz dərdini çəkir hərə,
Öz dibinə çökür hərə,
Öz alnını iki yerə
Bölən qırışdan yıxılır.

Qocalır ağıldan, huşdan,
Cavanlar bir şux baxışdan,
Xanımlar bir yalvarışdan,
Bir aldanışdan yıxılır.

Belədi, atam, belədi,
Buyruq Allahdan belədi,
Bu dünya çoxdan belədi,
Lap yaranışdan yıxılır... Ardı »

Ramiz RövşənGedəcək

Gedəcək

Çətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.

Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək... Ardı »

Ramiz RövşənŞam..

Şam..

Füzulinin xatirəsinə

Yüz illərdi bir şam yanır,
Küləklər söndürə bilmir,
Yüzlərlə əllər uzanır,
İşığını dərə bilmir.

Qaranlıqsa solu-sağı,
Yanan şamın nə günahı?!
Əriyir, tökülür yağı,
Ölür, ölür, ölə bilmir.

Gilə-gilə, damla-damla
Günbəgün üzülən canla,
Ağlayır hər ağlayanla,
Hər gülənlə gülə bilmir.

Qızındırır yazıqları,
Qorxuzur yalquzaqları,
İşıqladır uzaqları
Öz dibini görə bilmir... Ardı »

Ramiz RövşənAyrılıq,,,,

Ayrılıq,,,,

Yene bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim sənsiz ğlərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişiler, qadınlar keçir.
Özünden xebersiz
ömründe min yol
Özünü öldüren adamlar keçir.

keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu…
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu Ardı »

Ramiz RövşənDivar,,,

Divar,,,

Varaq deyil, divardı bu,
Başımı vurduğum divar.
Cırmaqlaya-cırmaqlaya
Yorulub durduğum divar.

Bir tək-tənha ağac kimi
Dibində bitdiyim divar.
Ağlayanda balınc kimi
Üzümü sürtdüyüm divar.

Varaq deyil, divardı bu.
Gendən ağarar hər gecə.
O üzündən kimsə məni
Səslər, çağırar hər gecə.

Mən ölsəm, deməyin təkəm,
ağlayın bizə ağlayın.
Məni deyib haray çəkən
o yetim səsə ağlayın.
Bu divarın bu üzündə
ölən Ramizi basdırın,
Bu divarın o üzündə
qalan Ramizə ağlayın... Ardı »