Afaq Şıxlı → Gəncliyim geri dönəydi

Rəsmlərdən mənə baxan,
Gəncliyim geri dönəydi!
Birdən-birə yoxa çıxan
Gəncliyim geri dönəydi!
Gəzişəydik biz əl-ələ,
Baxışlar gələydi gülə.
Yaşlanırıq ildən-ilə,
Gəncliyim geri dönəydi!
Hanı o bahar çağımız,
Allanaydı yanağımız.
Sən olaydın qonağımız,
Gəncliyim geri dönəydi!
Mənə cizlicə baxaydın,
Qəlbimi oda yaxaydın,
Saçlarıma gül taxaydın.
Gəncliyim geri dönəydi!
Saf duyğular oyanaydı,
Aləm nura boyanaydı,
Zaman durub-dayanaydı,
Gəncliyim geri dönəydi! Ardı »