Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afaq ŞıxlıDünya yalan deyil

Dünya yalan deyil

Cahil nə anlasın, aqillər bilər:
Dünya həqiqətdir, bir yalan deyil!
Qoynuna kim gələr, kimlər köç eylər...
Bilirik bizlərə o qalan deyil!
Yazılan qismətlə olmasaq qane,
Yaşam uzun olar, səadət ani.
Bəzən aldansaq da, desək də fani,
Ədalətsiz yerə öc alan deyil!
Gedirik durmadan biz bilə-bilə,
Anlar uçub keçir, qarışıb yelə.
Günlər aya dönür, aylarsa ilə,
Aldığını geri qaytaran deyil!
İnsan düz danışsa gəldikcə səsi,
Edilən dualar olacaq bəsi.
Dar qəlbli olmasa, sevsə hər kəsi,
Yaxşılıq dünyadan yox olan deyil!
Səxavət cənnətin gizli açarı!
Tapdığın neməti payla tən yarı!
Nə qədər yığsan da dövləti-varı,
Heç kim özü ilə aparan deyil!

Bir pöhrə bəsləsək bizlərdən sona,
Qoymasaq şaxtadan, soyuqdan dona,
Kölgəsini salsa əgər hər yana,
Savab ömürlükdür, bircə an deyil!
Vətən müqəddəsdir, əzizdir vətən,
Yolunda gərəkdir candan keçəsən.
Dağının, Ardı »

Afaq ŞıxlıZaman...

Zaman...

Keçdi, tükəndi, bitdi,
Qədribilinməz zaman.
Bilmədik, ötdü getdi
Qədribilinməz zaman.
Sovruldu yelə döndü,
Durmayan selə döndü,
An idi, ilə döndü
Qədribilinməz zaman.
Gah xüftən, gah şam oldu,
Gündüzlər axşam oldu.
Əriyən bir şam oldu
Qədribilinməz zaman.
Xəyalda uça-uça,
Qırxa deyirdik “qoca”.
Oymuş hər şeydən uca -
Qədribilinməz zaman.
Sanırdıq bəxtiyarıq,
Sevincə, eşqə yarıq.
İndi biz ixtiyarıq,
Qədribilinməz zaman!

Bənizimiz saraldı,
Coxu getdi, nə qaldı?
Yaşadıqca azaldı
Qədribilinməz zaman.
Keçən geri qayıtmaz,
Arxasınca çatilmaz.
Etdiyinə darılmaz
Qədribilinməz zaman. Ardı »

Afaq ŞıxlıSən elə bilirdin

Sən elə bilirdin

Sən elə bilirdin sevmirəm səni,
Mən də istəyirdim elə biləsən.
Olub-keçənləri xatirə kimi
Bir gün yada salıb gülə biləsən.

Sən elə bilirdin sevmirəm səni
Bil ki, hər baxışım məhəbbət idi.
Üzünü yaxından görə bilməyim
Mənimçün ən böyük səadət idi.

Sən elə bilirdin sevmirəm səni,
Mən də istəyirdim məğrur dayanım.
Amma ki, yeganə sevincim idi
Səninlə bir keçən dəqiqəm, anım.

Sən elə bilirdin sevmirəm səni?
Heyif, ürəyimi aça bilmədim!
Min kəs toplayaraq cəsarətimi
Mən səni sevirəm,- demək istədim.

Bilmirdin, yazıram mən yaddaşıma
Sənin gülüşünü, sənin səsini.
Gizlicə-gizlicə sevirdim, amma
Sən elə bilirdin sevmirəm səni. Ardı »

Afaq ŞıxlıBu nə sirdir?

Bu nə sirdir?

Bu nə sirdi, dayanmadan
Hey gedirəm birnəfəsə?!
Görənlər də qibtə edir
Məndə olan bu həvəsə.
Bir dağ çayı - ömür yolum,
Maneədir sağım-solum.
Cəhd edirlər məğlub olum -
Yollarımı kəsə-kəsə.
Hər yan olsa da daş-qaya,
Fərq qoymuram günə, aya.
Arzularım gəlmir saya,
Sığışmıram dar qəfəsə.
Mən də bir tanrı quluyam,
Hamı deyir: qürurluyam.
Gərək bu adı qoruyam,
Taleyimlə bəhsə-bəhsə. Ardı »

Afaq Şıxlıİstəyirəm

İstəyirəm

Bir azacıq rahatlıq,
Səadət istəyirəm.
Ürək dolu azadlıq,
Məhəbbət istəyirəm.
Çətinlikdən keçməyə,
Özümə yol seçməyə,
Həyatı dəyişməyə
Cəsarət istəyirəm.
Var vermişəm varımdan,
Dərd udmuşam arımdan.
Əzizimdən, yarımdan
Sədaqət istəyirəm.
Sözlərimdir silahım,
Düzgünlükdür günahım.
Eşit məni, Allahım,
Ədalət istəyirəm! Ardı »

Afaq ŞıxlıBir tuzaqda

Bir tuzaqda

Sanki rol oynayıram,
Özü də heç çaşmadan.
Nə artıq demək olmaz,
Nə əskik demək olmaz.
Sərhədimi aşmadan
Bir az sağa gedirəm,
Bir az sola gedirəm.
Amma onu bilirəm -
Hamı tamam başqadır,
Mənsə tamam özgəyəm,
Hamı iş adamıdır,
Mənsə gərək gözləyəm:
Gələnləri qarşıla,
Gedənləri yola sal...
Boş sözləri alqışla,
Elə ayaq üstə qal...
Onunsa vaxtı yoxdur,
Onu buyurmaq olmaz!
Öz qayğıları çoxdur:
İşə gedir, yorulur,
Hələ ali məktəbə
Pul da verib oxuyur.

Nə olsun ki, mən ondan
İyirmi sənə öncə,
O, alkoqol əlində,
Papiros damağında
Küçələri gəzəndə,
Gecə-gündüz oxuyub
Ali məktəb bitirdim?!
Lakin necə oldusa,
Amalımı itirdim.
Mən əhli-müsəlmanam,
Gərək, dözəm, dayanam.
Kafir ayrı, mən ayrı.
Amma görəsən niyə
Qoyanda tərəziyə
Bəxtəvərlik payını
Onunku ağır gəlir.
Bəs onda yaxşı ilə
Yamanın fərqi nədir?
Budurmu mükafatım?
Yeksənəkdir həyatım...
İndi ondan geridəyəm,
Çünki mən bir yerdəyəm,
Çünki mən bir tuzaqda!
...Azadlıqsa uzaqda... Ardı »

Afaq ŞıxlıKöhnə dost

Köhnə dost

Təkcə sənə ümid bəslərdim, amma,
Sən də məni atıb getdin, köhnə dost!
Əlvida deməyə verməyib aman,
Niyə üz çevirib getdin, köhnə dost!
Qəlbimin sirrini söylərdim sənə,
Doğmadan-doğmaydın, əzizdin mənə.
Əski dost çevrilməz, dedim, düşmənə,
Bax, sən də xəyanət etdin, köhnə dost!
Həsrəti ömrümə sarmadım, ey yar!
Mənim əvəzimə sən verdin qərar!
Gözlərim yenə də tək səni arar,
Qəlbimdə tikantək bitdin, köhnə dost!
Sözlərin könlümə olmuşdu dərman,
Sənsizlik acısı yamandır-yaman!
Bilmirdim, bizi də ayırar zaman...
Yadlar arasında itdin, köhnə dost! Ardı »

Afaq ŞıxlıHəsrət...

Həsrət...

Açıram qapını, qəlbimdə həsrət,
Həyət həmin həyət, eyvan o eyvan.
Bağça da o bağça, amma ki, heyrət!
Hər şey yad görünür baxdığım zaman.

Nənəm də qəmlidir, asta yeriyir,
Hanı o şuxluğu, o təravəti?...
Öpüb qucaqlayır, “xoş gəldin” deyir,
Ancaq qollarının yoxdur taqəti.

Gözləri yaşarır baxdıqca bizə,
Saçımı oxşayır titrək əliylə.
Dodağı altında danışır nəsə,
Baş-başa qalanda öz həsrətiylə.

Bükübdür qəddini sənin xiffətin,
Daha qalmayıbdır o abu-hava.
Sənsiz ona indi yaşamaq çətin,
Yoxluğun yamandır, baba, ay baba!

İçəri girirəm, sataşır gözüm
Sənin çarpayına, sənin kürsünə.
Güllü balınclardan tanış ətrini
Çəkirəm burnuma mən dönə-dönə.

Divar saatı da susub, işləmir,
Sənin qəlbinlə bir o da durubdur.
Nənəm də köksünü ötürüb deyir:
“Son dəfə rəhmətlik baban qurubdur”.

Basaraq bağrına: can, - deyən zaman,
Duyurdum sevginin dərinliyini.
Sənin nəvazişin doğmaydı yaman,
Özün də Ardı »