Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HostNeçə

(Nəqarət:Qaraqan)
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu, Sevincli səhifə
Ama mən yenə yenə tənha! (x2)

(verse:AiD)
Neçə günəş gərəkdi, ürəyimi isitmək üçün
Neçə dəniz yuya bilər , yaddaşımı ve günahlarımı
Neçə külək gərəkdi , göz yaşlarımı qurutmaq üçün
Neçə mələk gərəkdi, sənin gözəlliyini unutmaq üçün
Neçə sınıq saat gərəkdi , bu zamanı saxlamaq üçün
Neçə bəyaz yastıq , hönkürüb ürəkdən ağlamaq üçün
Neçə qanad gərəkdi, çırpınım uçum ulduzlara
Neçə qıfıl gərəkdi, ürəyi birdəfəlik bağlamaq üçün
Neçə yagış gərəkdi, qurumuş hər ağac çiçəklə dolsun,
Neçə bulud gərəkdi, qar dizə kimi gecəylə dolsun,
Neçə məzar gərəkdi, dolsun içinə bütün ümidlər,
Meyidlər rahat yatsın, deyin neçə döşək gərəkdi
Neçə vərəq gərəkdi, neçə qələm gərəkdi,
Kağıza mürəkkəb Ardı »

HostHəyatın qanunları

(verse: Qaraqan)
Mənə dedilər rap yaz - rap yazdım
Mənə dedilər hit yaz - hit yazdım
Mənə dedilər dərs oxu - oxudum, beyin qırışlarıma bilik toxudum
Mənə dedilər ver imtahan - verdim
Mənə dedilər diplom al - ala, aldım
Mənə dedilər al təzə geyimlər
Nələr ki, dəbdədi, lazım elə geyinmək
Mənə dedilər pul tap - pul tapdım
Mənə dedilər qız tap - allatdım
Mənə dedilər məktəb, tələbə, qulluq, vətənə get əsgərliyə

(Nəqarət: Qaraqan)
Bu həyatın qanunları, necə sevirəm mən onları
Bu həyatın qanunları, yox olur bir-bir arzularım
Bu həyatın qanunları, necə sevirəm mən onları
Mənə düz yol göstərəcəklər valideynlərim, bir də qohumlarım

(verse: Qaraqan)
Mənə dedilər gəl əsgərlikdən
Gəl səni tanış eləyək Ələsgər əmiylə,
Atanın dostu, yerlisi, qohumu
Başda işləməyə - Ardı »

HostBəlkə Də Nə Vaxtsa

(skit)

(Nəqarət: Ayka, AiD)
Çox ağladı gözlərim
Buz bağladı əllərim
Bu şəhərin yalanlarında
Eşidilmədi sözlərim(x2)


(Verse: AiD)
Yaşamağa həvəs yoxdu həyat əzbər bildiyim film
Sonda soruşsalar ki, necə yaşadın bilmirəm nə deyim
Həyat testlə tərs, daha pis 1 səhv 4 düz aparır
Hər bir yalan insandan daha neçə üz aparır
Kim gündüz darıxır, qaranlıq həsrətində
Üzündə nur yaranır sevgiyə nifrətində
Nə vaxtsa uçanda düşündüm ki, qanadım olarsan
Mən indi səmadayam, amma yıxılıram
Bəlkə də saraydayam, amma sıxılıram
Bu dünya hələ də nəsə demək istəyir, amma anlamıram
Getmək çox çətindi camaata əks tərzdə
Amma yenə də heç bir ümidi kiməsə bağlamıram
Bitir ot daş üstündə, bu əzmin nümunəsi
Quruyub yaş gözündə, bu dərdin büruzəsi
Açılar bəşəri sirlər hamıya şübhəm yox
Bəlkə də nəvaxtsa, amma Ardı »

Hostİstəmirəm

İS – TƏ – MİR – ƏM (2)


(verse: Qaraqan)
İstəmirəm LCD ekran televizor, 600 kanal
İstəmirəm 8800 polifonik tonal
İstəmirəm Adidas, Versace, Dolce Gabbana
İstəmirəm ən dəbli geyim, dəbli saç uyğun zamana
İstəmirəm McDonalds, BigMac, Pizza Portofino
İstəmirəm tuz oğlu olum, nə də ki, arlekino
İstəmirəm villa ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim kurorta
İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
İstəmirəm yasım olsun, tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq, şöhrət, hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın
İstəmirəm demokratiya, İstəmirəm restavrasiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm qərb mədəniyyəti, avropasayağı toy
İstəmirəm oğlum desin bir gün “Ata, oldum ‘qoluboy’.”
İstəmirəm Ardı »

HostSevgilimə (Hardadır 2)

(verse: Qaraqan)
Hansı evdə, hansı pəncərələrdə
Hansı şəhərdə, hansı küçələrdə
Hardasan, sevgilim?
De mənə sənin yerini necə bilim?
Salam, sevgilim, necesən?
Növbəti məktubu sənə göndərirəm
Qoy mahnılar olsun məktubum
Tək sənə yazıram, hamını unut, unut
Canım, səni necə görmək istəyirəm
Gözlərinə baxıb gülmək istəyirəm
Neçə ildir ki, gözləyirəm
Hərdən tək qalanda lap ölmək istəyirəm
Bəlkə çox yaxınsan, bəlkə çox uzaq
Artıq sənsiz olmur yaşamaq
Kaş bilərdin, necə çətin səni tapmaq
Qoy desinlər, bu mövzu təkrardı
Amma sənə görə hər şeyə mən hazır
Hər kəsin yanında sevgilisi
Amma Qaraqan yenə otaqda tək yazır

(Nəqarət: Qaraqan)
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki, Ardı »

HostRaplica

Eyç!.. Ou!.. Es!.. Ti!..

(Nəqarət: Qaraqan)
Bax necə sönəcəy günəş çökəcəy gecə qaranlığ hər yer zülmət!
Keçəcəy qaranlığ hücuma, necə sənin gözlərindən silincəy cənnət!

(verse: Qaraqan)
Bu nə G Thang, A Town!
T Pain! Cris Brown!
Deyiləm 50 Cent, nə də D Block!
Lil weyn, East flow,
Nə raggae disco
Club shit, stop snitchin`!
Belələri çox wow!
Olar elə bilirlər rap gətirir dəb
Olar elə bilirlər dəb gətirir qız
Olar elə bilirlər olar artığ gangster!
Bəsdi, bütün günü küçələri gəzdiz!
Tutaq ki, “I got the magic stick”
Bu qədər mənasız sözlərə hərisliy?
Bu qədər rap bu qədər söz amma məqsədsiz?
Bu qədər pul bu qədər vaxt bu qədər əziyyət çəkdiz?
Gündə bu party o party,
Rap tipa pul party
Sən rapə qul Bracho,
Rap Ardı »

HostBəstəkar

(verse:PRoMete)
Ağ not, qara not çalır bəstəkar,
Dörd oktava ona gəlir dar,
Çalınacaq hələ çox zil, çox bəm var,
Ahəng pozulub, özü hiss edib,
Otaq səliqəsiz, həm də tüstü qoxur,
Rəfdə olmalı kitabların yerdə çoxu,
Saatda şarj bitib, işləmir oxu,
Əqrəblər göstərir 12:30,
Həyat çox quduz,
Oynamağa həvəs yox,
Oysa hamı maskalarını taxıb,
Öz pərdəsini gözlər,
Niyə insanları işıq yox, kölgələr izlər?
Budur sual !
İşə düşür alışqan,yenə tüstü,
Sanki bəstəkar tüstüylə örtmək istəyir yaddaşının üstün,
Gözlər eynək arxasında dolu və küsgün,
Düzgün atılmamış addımlar, sonda uçuruma gətirir deyənlərə
Həyat sınağdır cavab verən bəstəkar intihara hazırdı,
Pərdələr açılır, o əlində drijor çubuğu əvəzinə ülgüc,
Son bəstəsinin son notunu venada qoyur,
Və alçaq təzim…

(skit)
"Я играю ради игры. А вы судья по всему, играете Ardı »

HostMənim istiqamətim

(verse: Qaraqan)
Mən heç vaxt olmamışam nömrə bir
Məni fırlatmayıb aylarla radiolar, efir
Mən özümü göstərməmişəm Jeep'də, hitlər
İstədiyim olub ancaq lirika və beatlər
Mən heç vaxt qalxmamışam layiq olduğumdan artıq
Və heç vaxt götürməmişəm lazım olandan artıq
Ola bilsin ki, mənə qulaq assın bütün ölkə
Amma geyinmirəm mən 10 manatdan baha köynək
Mənim üçün fərqi yoxdu, məhşuram ya adi oğlan
Bəlkə də məhşurluqdan çox istəyərdim adi olmaq
Kimlər ki, indi mənim dediklərimə inanmır
Soruşun yaxınlarımdan, Qaraqan necə adamdır
Məni çəkməyib heç vaxt ulduzların əhatəsi
Və sırtıq qızların da saxlamışam məsafəsin
İradəsi olanlar orduma gəlsin
Mən yazmıram bu rapi ki, xoşuna gəlsin

(Nəqarət: Qaraqan)
Bu mənim istiqamətim
Mənim əqidəm düz, yox xəyanətim
Mənim məqsədim bəlli, hədəflərim bəlli
Çıxmasın qarşıma kimin var şikayəti
Bu Ardı »