Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerAvtomobildən qorun (film, 1974)

Avtomobildən qorun- 1974-cü ildə Azərbaycanda çəkilmiş sənədli filmMündəricat [gizlə]
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
3 Həmçinin bax

[redaktə]
Məzmun
Oğlanın yol hərəkəti qaydalarını pozmasının bədbəxt hadisə ilə nəticələnməsi filmin əsas süjet xəttini təşkil edir. Burada hər bir piyadaçı tərəfindən küçə hərəkəti qaydalarına ciddi riayət edilməsinin vacibliyi haqqında danışılır. Professor Talışinski ilə müsahibə küçə hərəkəti qaydalarının pozulmasının acı nəticəsini əyani şəkildə nümayiş etdirir. Burada Respublika Dövlət Avtomobil Müfəttişliyinin rəisi Hüseynov qaydanı pozanlarla mübarizə tədbirlərindən və müfəttişliyin işindən söhbət açır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Rejissor : Arif Qazıyev
Operator : Vaqif Həsənov
Səs rejissoru : Bəxtiyar Dehniya Ardı »

FilimlerMayak (film, 2012)

[color=#fe5e5e]Məzmun

Hər şey ayrılıqdan - ərlə arvadın boşanmasından başlayıb. Qadın ikinci dəfə ərə gedib və ögey ata ilə oğulun münasibətləri alınmayıb. Filmdə münasibətlərin bu bucağını qabardılmır, heç buna ehtiyac da yoxdur. Akifin narkomaniyaya qurşanması özü hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən, onun düzgün tərbiyə etmək imkanının olmamasından xəbər verir.

Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə - Ənsariyə müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Ənsarini hərəkət etməyə sövq edən qüvvə, bəlkə də, oğlu Akifə sevgidən daha çox günah hissidir: vaxtında Ardı »

FilimlerMusiqili xaş (film, 1984)

Məzmun
Xaş milli xörəkdir. Adəti üzrə və ənənəyə görə xaşı səhər saat 4-dən 5-dək yeyirlər. Filmdə deyilir ki, həyatın ağrı-acılarından və işləməkdən yorulmuş adamlar gecə ilə səhər arasında iki saat ərzində, xaş yeyən vaxtı ömürlərini daha maraqlı yaşayırlar, nəinki qalan vaxtlarda. Sonra adama şirin yuxu gəlir, bütün şəhər, bütün respublika yatır, yuxudan ayılanları gündəlik adi həyat öz ağuşuna alır.
[redaktə]
Film haqqında
Film operator Amin Novruzovun kinoda ilk işidir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Vaqif Mustafayev
Ssenari müəllifi : Vaqif Mustafayev
Quruluşçu operator : Amin Novruzov
Quruluşçu rəssam : Rafiq Nəsirov
Səs operatoru : Əsəd Əsədov
[redaktə]
Rollarda
Hacı İsmayılov
Larisa Xələfova
Səməndər Rzayev
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Tərcüməçi
Şükufə Yusupova-Qadın
Ələsgər Məmmədoğlu
Eldəniz Zeynalov Ardı »

FilimlerAkvarium (film, 1983)

Məzmun
"Akvarium" poetik filmdir. Film istər ideya-bədii dəyərinə, istərsə də rənglərin seçilməsinə görə maraq doğurur. Kinolentdə təbiətin mühafizəsi məsələsinə toxunulmuşdur. Burada həyat uğrunda mübarizə və insan kədəri məharətlə verilən təsvir vasitələri ilə öz həllini tapmışdır.
[redaktə]
Festivallar və mükafatlar
1)1984-cü ildə Murmanskda təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsi
Filmə münsiflər heyətinin Diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanı verilmişdir.
[redaktə]
Film haqqında
Applikasiya filmidir.
Film bəstəkar Əli Babayevin kinoda ilk işidir.
Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Ssenari müəllifi : Çingiz Hüseynov
Rejissor : Firəngiz Qurbanova
Quruluşçu rəssam : Firəngiz Ardı »

FilimlerBizim Nəsibə xanım (film, 1991)

Məzmun
Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur.
[redaktə]
Film Haqqında
Film Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
[redaktə]
Filmin Heyəti
[redaktə]
Filmin üzərində İşləyənlər
Rejissor : Tofiq Mütəllimov
Ssenari müəllifi : Eldar QUliyev
Operator : Azər Salayev
Səs operatoru : Şamil Kərimov
Ardı »

FilimlerArxadan vurulan zərbə (film, 1977)

Məzmun
Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.
[redaktə]
Film haqqında
Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub.
Film ali kateqoriyaya layiq görülüb.
Film Elçinin "Ox kimi bıçaq" povesti əsasında çəkilib.
… Hər filmdə olduğu kimi "Arxadan vurulan zərbə"də də çətin anlar, çətin dəqiqələr olurdu. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. "Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim Ardı »

FilimlerYeddi samuray (film, 1954)

"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın filmi.Mündəricat [gizlə]
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda

[redaktə]
Məzmun

Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır.

Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə Ardı »

FilimlerAlmas İldırım (film, 1991)

[color=#f82e00]Məzmun
Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.
Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur.
Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla "Qızıl Qələmlilər" İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər.
Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var.
[redaktə]
Film Haqqında
Filmin əksər epizodları Türkiyədə lentə alınmışdır.
[redaktə]
Filmin Heyəti
[redaktə]
Filmin üzərində İşləyənlər
Rejissor : Zaur Məhərrəmov
Ssenari müəllifi : Ramiz Ardı »