Filimler → Tısbağalar da uçar | Turtles can fly
Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi “Tısbağalar da uçar” real insanların yaşadığı gerçək əhvalatı əks etdirən filmdir. Filmə baxanda donub qalmışdım. Eyni anda o qədər çox şey hiss edirdim ki, hissiyatsız olmuşdum. O hisslər günlər ötdükcə aydınlanmağa başladı. Amma yenə də bəzi hisslər o qədər dərindir ki, onları yazıya almaq çox çətindir...
Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində yerləşən kiçik bir kənddə cərəyan edir. Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar. Çoxu iş əsnasında şikəst olub. Hərənin də bir hekayəsi var, amma Agrinin hekayəsi tam başqadı. Ardı »