Filimler → Gözlə məni (film, 1980)
Məzmun
1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar...
Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın(Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma(Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur.
[redaktə]
Film haqqında
Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir.
Film dramaturq İlyas Əfəndiyevin "Mahnı Dağlarda Qaldı" pyesinin motivləri əsasında çəkilmişdir.
Film Azərbaycan SSR-in və Azərbaycan kommunist partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Əsərin Ardı »