Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixPeru İstiqlal müharibəsi

Peru istiqlal müharibəsi isp. Guerra de İndependencia de Perú.Peru vitse kralığı və Yuxarı Peru (indiki Peru,Boliviya və Çili ,Argentinanın bir hissəsi) baş verən və İspan ağalığına qarşı Cənubi Amerikada azadlıq müharibəsinin bir hissəsidir.
Öncəki vəziyyət[redaktə]
Azadlıq uğrunda hərəkat Napoleonun İspaniyanı işğalı və ingilis donanmasının İspaniyanı hühasirədə saxlamasından sonra daha geniş xarakter alır.Peru varlı torpaq sahibləri və istehsalçı güvvələr,mədın sahibləri hərəkatın başında dururdular.Onlar hüquqi cəhətdən İspaniyanı dəstəkləyirdilər.Buna səbəb isə ərazilərdə baş verən hindu müharibələri idi ki bunda Tupak AnaruIInun 1780-1781 ci illərdəki üsyanını göstərmək olar.Üstəlik iqtisadi maraqlar,Çili və Argentina ilə iqtisadi rəqabət rüzum yaradırdı.Bu üsyanlar 1812-ci ildə Uanuko və 1814-1816 cı illərdə Kuskoda baş Ardı »

Ölkələrinə görə tarixİsveçrə qvardiyası

İsveçrə qvardiyası (tam adı: lat. Cohors pedestris Helvetiorum a sacra custodia Pontificis – azərb. Roma papasının müqəddəs mühafizəsinin piyada İsveçrə koqortası) — Vatikanın silahlı qüvvələrindən biridir. İsveçrə qvardiyasını günümüzədək gəlib çatmış dünyanın ən köhnə ordusu saymaq olar. 1506-cı ildə əsası qoyulmuş İsveçrə qvardiyası hal-hazırda cəmi 110 qvardiyaçıdan ibarətdir, onlar İsveçrə silahlı qüvvələrində hazırlanır və Vatikanda xidmət keçirlər. Lakin müharibədə onlar ancaq bir dəfə, 1527-ci ildə iştirak etmişlər.
İsveçrə qvardiyasının tarixi[redaktə]
İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz Ardı »

Ölkələrinə görə tarixPeru-Ekvador müharibəsi

1941-ci il Peru-Ekvador müharibəsi — XX əsrdə Peru və Ekvador arasında mübahisəli ərazilər üstündə baş vermiş 3 müharibədən birincisi.
Müharibənin səbəbi[redaktə]
Amazon çayı hövzəsində yerləşən ərazilər XIX əsrdən başlayaraq Peru və o vaxt kı Böyük Kolumbiya Respublikası dövlətləri arasında mübahisəyə səbəb olmuşdu. 1940-cı ildə sərhədyanı döyüşlər aktivləşdi. Növbəti il Perunun prezidenti Manuel Prado-i-Uqerteçe ekvadorluların Perunun Sarumilya ərazisinə hücum etdiklərini irəli sürərək ordunun Şimal qrupunun döyüş vəziyyətinə gətirilməsini əmr etdi.

Müharibənin gedişi[redaktə]
5 iyul 1941-ci ildə sərhədyanı döyüşlər açıq müharibəyə çevrildi. Hansı tərəfin ilk atəş açdığına dair mübahisələr indiyədək gedir. Peru ordusu sayca və hərbi texnikasına görə Ekvadoru qat-qat üstələyirdi, belə ki, münaqişənin ilk günlərində ərazidə Ardı »

Ölkələrinə görə tarixYakov Sinyov

Yakov Mixayloviç Sinyov (d. 1912, Rusiya – ö. 17 aprel, 1943) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra).
Həyatı[redaktə]
Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir.

25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

17 aprel 1943-cü ildə həlak olmuşdur. Rusiyanın Krasnodar diyarının Krımskaya rayonundakı Qardaşlıq qəbiristalığında dəfn olunmuşdur. Adına Sumqayıt şəhərində küçə var. Ardı »

Ölkələrinə görə tarixƏhrar əş-Şam

Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ‎‎; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var. Ardı »

Ölkələrinə görə tarixQrünvald döyüşü

Qrünvald (Tannenberq) döyüşü — 1410-ci ilin 15 iyulunda, müttəfiq Polşa -Litva qoşunları ilə tefton qoşunları arasında baş verən Polşa-Litva - Tefton müharibəsi (1409-1411)nin həlledici döyüşü.
Döyüş ərəfəsindəki vəziyyət[redaktə]
Xaçlılar ordeni XIV əsrin sonlarında öz qüvvəsinin zirvəsində idi. Bu dövrdə hətta Hotland adası onların mülkü idi. Baltik dənizinin bütün cənub və şərq sahilinə yiyələnmək üçün maneə ancaq Jemaytiya idi. Orden intensiv olaraq öz məqsədinə çatmaq üçün fəaliyyətə başladı. Xüsusən bu Roma papasının Litvaya, onun xristianlıqı qəbul edəndən sonra, səlib yürüşlərinə qadağa qoyması ilə bağlı idi. Vitautas Yaqayla ilə Orden arasında müvazinat saxlayaraq dəfələrlə Jemaytiyanı Ordenin mülkiyyətinə vermişdi. Lakin əlaqələri normallaşdırandan və sabit sülh sazişi Ardı »

Ölkələrinə görə tarixBraziliya İstiqlal müharibəsi

Braziliya İstiqlal müharibəsi (port. Guerra da İndependencia do Brasil).Bu münaqişə özünü müstəqil elan etmiş Braziliya İmperiyası və Portuqaliyanın silahlı qüvvələri arasında 1822-1824 ci illərdə Braziliyanın azadlığı uğrunda baş vermişdir.
Müharibədən əvvəlki vəziyyət[redaktə]
1808-ci ildə Portuqaliya kral ailəsinin üzvləri fransız ordularından qaçaraq Braziliyaya gəlirlər.Kral burada böyük işlər görərək Rio de Janeyrodan ölkəni idarə edir.Napoleon Bonapart işğalları bitdikdən sonra belə geriyə Avropaya qayıtmır.Kral Juan rəhbərlik etdiyi ölkənin adını dəyişərək Birləşmiş Portuqaliya,Braziliya və Alqarv krallığı elan edir. 1820-ci ildə Portuqaliyada inqilab baş verir.Bu səbəbdən 1821-ci ildə konsitutsiya qəbul edilir.İnqilab dalğası Braziliyayada gəlib cıxır.1821-ci ilin fevral ayında Baiedə qanunverici orqan yaradılır,kral isə buna qarşılıq olaraq məhdud səlahiyyətə Ardı »

Ölkələrinə görə tarixBöyük Vətən müharibəsi

Böyük Vətən müharibəsi — Rusiya və keçmiş postsovet ölkələrinin bəzilərində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır.
Müharibə ərəfəsi[redaktə]
Almaniya çox güclü hərbi-iqtisadi potensiala malik idi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdır. Alman hərbi qüvvələrinin sayı(105 mindən 3755 minə qədər) 35 dəfə artmışdır. 1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7,3 mln adam (bundan əlavə 1,2 mln muzdlular vardı). Quru qoşunlarında (5,2 mln adam) 214 (169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa) diviziya, Ardı »