Maraqlı melumatlar → İslamda ədalət Anlayışı
Ədalətin dəyər-qiyməti
İmam Əli (ə): "Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir."
İmam Əli (ə): "Pak olan Allah, ədalətli camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir."
İmam Əli (ə): "Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir."
İmam Əli (ə): "Ədalət dövlətlərin sipəridir."
İmam Əli (ə): "İnsanların işi ədalətlə islah olar."
İmam Əli (ə): "Ədalətin səbəbinə bərəkət ikiqat artar."
İmam Əli (ə): "Ədalət idarəçiliyin nizam-intizamıdır."
İmam Əli (ə): "Heç bir şey şəhərləri ədalət qədər abad etməz."
İmam Əli (ə) ("Ədalət üstündür, yoxsa səxavət?" sualına cavabından): "Ədalət hər şeyi öz yerinə qoyur, səxavət isə işləri məcrasından çıxarır. Ədalət əhatəli Ardı »