Azərbaycanın müharibələri → Dilqəm Nağıyev
Həyatı[redaktə]
24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır.
Döyüşlərdə iştirakı[redaktə]
Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13-17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Ardı »