Azərbaycanın müharibələri → Nazim İsmayılov
Həyatı[redaktə]
Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə valideynlərinin ünvanına dəfələrlə təşəkkür məktubları gəlmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək Sabunçu rayonundakı Neft-Qaz Çıxarma İdarəsinə mühəndis təyin edilmişdir. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. İşlədiyi kollektivdə böyük hörmət sahibi idi. Neft sənayesi sahəsində peşəkar mütəxəssis kimi yetişmiş gənc Nazimə onda üç xarici ölkədən iş təklifi Ardı »