Azərbaycanın müharibələri → Tariyel Abdullayev
Haqqında[redaktə]
1949-cu ildə Şəmkir rayonunun Qaranüy kəndində anadan olub. 4 nömrəli tikinti idarəsində rəngsaz işləyib. İki övladı qalıb. Bəhruz və Firuz.
Şəhid olması[redaktə]
XI Qızıl ordu meydanında güllə dəyib. Xəstəxanaya aparılarkən maşın yenidən atəşə tutulub və aşıb. Xəstəxanada 4 saat əməliyyat stolunda olub. İşıqlar keçib. Şam işığında əməliyyat davam etdirilib. İkinci dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılıb. Bunun da xeyri olmayıb. Yanvarın 27-də canını tapşırıb. Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan[redaktə]
Bakı, 5-ci mikrorayon, Tağızadə küçəsi, ev 38, mənzil 14. Ardı »