Azərbaycanın müharibələri → Aqil Məmmədov
Həyatı[redaktə]
Aqil Məmmədov 1969-cu il 30 iyulda Qubadlı rayonunda anadan olmuşdur. Cəbhədə ən çətin vəzifələrdən birini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Kəşfiyyatçı idi. İgid oğlanları başına yığıb düşmən haqqında məlumat toplayırdı. Topladığı məlumatlar döyüşlərimizə çox kömək edirdi.
1992-ci il 6 avqustda Laçın rayonunun Sussuzdağ uğrunda qızğın döyüşlər gedirdi. Aqil buradakı düşmən qruplaşmaları haqqında da xeyli məlumat gətirmişdi. Lakin düşmən döyüşün qızğın vaxtında Aqil Məmmədovu hədəfə aldı və onun həyatına son qoydu.
Ailəsi[redaktə]
Yeganə qız övladı onun şücaəti və qəhrəmanlığı ilə fəxr edir.
Milli Qəhrəman[redaktə]
Aqil bu döyüşdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdi. Ona görə də Azərbaycan Respublikası Prezidentinin 6 fevral 1993-cü il fərmanı ilə (ölümündən sonra) ona Ardı »