Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eyyub YaqubovOlmasaydın – Eyyub Yaqubov

Sənsiz neyləyərdim, əgər olmasaydın,
Ovcumda göllənən damlaların aydınlığı,
Sənsiz neyləyərdim, əgər olmasaydın,
Gözlərim isinən əllərinin mənə çatmayan yaxınlığı.

Nəqarət:
Görən neyləyərdim əgər olmasaydın,
Ovcumda göllənən damlalar olmasaydı.
Görən neyləyərdim əgər olmasaydın,
Gözlərimi yuyan damlalar olmasaydı.

Sənsiz neyləyərdim, əgər olmasaydın,
Ovcumda göllənən damlaların aydınlığı,
Sənsiz neyləyərdim, əgər olmasaydın,
Gözlərim isinən əllərinin mənə çatmayan yaxınlığı. Ardı »

Eyyub YaqubovMənə dəniz verin – Eyyub Yaqubov

Mənə dəniz verin, tənha qalmışam,
O, mənə ən şirin sözlər deyəcək.
Mənə dəniz verin, bəlkə bu axşam,
Yursular qapımı gəlib döyəcək.

Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım.

Nəqarət:
Mənə dəniz verin, o tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.

Mənə dəniz verin, o tənha qalıb,
O, məni axtarır, məni gözləyir,
Gedirəm dənizə, dəniz mənimdir,
O dəniz gözlərim səni gözləyir.

Mənə dəniz verin, isinim bir az,
Onun gözlərinə qarışam bəlkə,
Tapım sularında göz yaşlarımı,
Orda taleyimlə barışam bəlkə.

Səhər açılanda, gecə düşəndə,
Mənə dəniz verin, qoy darıxmayım.
Gözümün yaşında islanım bir az,
Kədərli baxışla ona baxmayım. Ardı »

Eyyub YaqubovKüləklər – Eyyub Yaqubov

Hər səhər, hər axşam, hər axşam, hər səhər
Cox zaman sərsəri küləklər bixəbər.
Hər səhər, hər axşam, hər axşam, hər səhər
Cox zaman sərsəri küləklər bixəbər.
Bir yaxın dost kimi qapımı döyərlər,
Küləklər, küləklər, bəstəkar küləklər.
Bir yaxın dost kimi qapımı döyərlər,
Dünyanı dolaşan bəxtiyar küləklər!
Dünyanı dolaşan bəxtiyar küləklər!

Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Nalqıran dağları atlayıb aşarkən,
Könlümdə nə varsa, açayım dağlara!
Məni də alınız, uçayım dağlara.

Bəziniz qorxulu, bəziniz qorxusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz duyğulu, bəziniz duyğusuz,
Bəziniz qorxulu, bəziniz qorxusuz,
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə var qoxusu hər yerin, küləklər!
Küləklər, küləklər, ey sərin küləklər,
Sizdə Ardı »

Eyyub YaqubovSon bahar – Eyyub Yaqubov

Həyatın mənası sevgi, məhəbbət olmuş,
Sevgisiz dünyanın eşqi, gülləri solmuş,
Bir ümid gözləyir, yanır könüllər,
Yanırıq ikimiz ondan bixəbər.
Yanırıq ikimiz ondan bixəbər.

Özümüz bilmədik həsrət, intizar gəldi,
Sevgi qismətinə qəfil son bahar gəldi.
Bəs necə yaşayım söylə mən sənsiz,
Dağlar da heç olmur dumansız, çənsiz.
Dağlar da heç olmur dumansız, çənsiz.

Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq,
Biz elə küsmüşük, çətin bir də barışaq.
Bəxtimin günəşi əbədi söndü,
Sevginin yolları zülmətə döndü.
Sevginin yolları zülmətə döndü.

Məhəbbət əzəldən sanki yox imiş,
Bu ülvi sevgimiz xəyal, yuxuymuş.
Bir yerdə əsiri olduq həsrətin,
Sevgili günləri unutmaq çətin.
Sevgili günləri unutmaq çətin. Ardı »

Eyyub YaqubovGələndə səsin – Eyyub Yaqubov

Ürəyə dolurmuş, ürəyə dolurmuş, həsrətlə vurur,
Qəlbim həsrətlə vurur, təsəlli olur gələndə səsin.

Sanki bir loğman, hər bir dərdimə dərman səsin,
Qüssəm azalır hər an, gələndə səsin, sənin səsin.

Nəqarət:
Fərəhdən coşub çağlar, coşub çağlar
Könlümdə xoş duyğular, xoş duyğular.
Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin.

Fərəhdən coşub çağlar, coşub çağlar
Könlümdə xoş duyğular, xoş duyğular.
Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin.

Düşməyib həvəsdən zövq alıram bu səsdən,
Bu səsdən, ya zildən, ya da pəsdən,
Gələndə səsin, sənin səsin.

Qəlbim əsir, görüşünə tələsir,
Tələsir, ürək sevincdən əsir,
Gələndə səsin, sənin səsin.

Nəqarət

Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin. Ardı »

Eyyub YaqubovAna – Eyyub Yaqubov

Ana dedim, ürəyimə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.
Ana dedim, xəyalıma gəldi ağ saçlarıyla.

Nəqarət:
Öpərəm əllərindən, öpərəm gözlərindən,
Ay ana, qurban ollam mən sana.
Öpərəm əllərindən, öpərəm gözlərindən,
Ay ana, qurban ollam mən sana.
Ay ana, qurban ollam mən sana.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Cünki onun xilqətində ayrıca bir füsun var.
Nəqarət Ardı »