Ürəyə dolurmuş, ürəyə dolurmuş, həsrətlə vurur,
Qəlbim həsrətlə vurur, təsəlli olur gələndə səsin.
Sanki bir loğman, hər bir dərdimə dərman səsin,
Qüssəm azalır hər an, gələndə səsin, sənin səsin.
Nəqarət:
Fərəhdən coşub çağlar, coşub çağlar
Könlümdə xoş duyğular, xoş duyğular.
Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin.
Fərəhdən coşub çağlar, coşub çağlar
Könlümdə xoş duyğular, xoş duyğular.
Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin.
Düşməyib həvəsdən zövq alıram bu səsdən,
Bu səsdən, ya zildən, ya da pəsdən,
Gələndə səsin, sənin səsin.
Qəlbim əsir, görüşünə tələsir,
Tələsir, ürək sevincdən əsir,
Gələndə səsin, sənin səsin.
Nəqarət
Yaddan çıxır qayğılar, bütün qayğılar
Gələndə sənin səsin.
Tarix: 22.01.2015 / 18:09 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Eyyub Yaqubov