Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CəlairilərTacəddin Həsən noyon

Həyatı[redaktə]
Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. Sonda qalib gəlib Səlayırlar dövlətini qurdu.

Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı padşahı Sultan Əbusəid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.

Oğlanları

Sultan Üveys (1356-1374)
Əmir Qasım Cəlayır, (?-1368)
Əmir İlkan Cəlayır Ardı »

CəlairilərCəlayır eli Oymaqları

Monqolların gizli tarixi" həmçinin Çingiz xanın əcdadı Bodonçarın istila etdiyi "Cad" tayfası haqda məlumat verir. Qədim müəllif bu tayfanın ardından "Cadaran" tayfasının adını da qeyd edir, hansının ki, başçısı o dövrdə Camuxa olub. Mənbə həm də tayfanın ləqəbinin "bolyuk" olduğunu da, göstərir. Rəşidəddin bunu təsdiq edir, hərçənd "belaqe" ayamasını bütün cəlairlərə şamil edir. Çin məlumağlarına görə XIII əsrdə Çu çayından şimali-şərqə tərəf yerlər Jdu adlanıb. Rəşidəddin o yeri Cu ölkəsi kimi xatırlayır.

Mühəmməd Heydər özünün "Tarixi-i Rəşidi" əsərində məlumat verir: "Cu-Monqolustanın bir aylıq yol məsafəsindəki yerlərindən biridir…" Mətndə Cud ölkəsi kimi də yazı var. "A" və "U" saitləri variasiya oluna bilər. Cənubi Ardı »

CəlairilərSultan Tahir Cəlayır

Həyatı[redaktə]
Cəlairi hökmdarı Sultan Əhməd [1382-1410, fasilələrlə] Əmir Teymurun ilk yürüşü dövründə (1386) Cəlairilərin xəzinəsini, öz ailəsini, oğlu Tahiri 300-ə qədər döyüşçü ilə Əlincə qalasında yerləşdirib Bağdada çəkilmişdi. Sultan Tahir 14 ilə yaxın qalanın müdafiəsinə başçılıq etmiş, son nəticə də Şəki və gürcü qoşun hissələrinin köməyi ilə mühasirədən çıxmış və xəzinəni götürüb yaxın adamları ilə birlikdə Bağdada getmişdir. Ardı »

CəlairilərCəlayır eli - Anlamı və kökü

Nəzərə alsaq ki, "lar" türk dillərində cəm hal şəkilçisi bildirir, təxmin etmək olar ki, "cəlair" etnonimi başlıca tayfanın adından yaranıb xüsusən ona görə ki, "cəlair" adına qədim türklərin tərkibində VIII əsr toqon traktatında colto tayfası haqda işarə istisna olmaqla XI əsrə qədər tarixi mənbələrdə praktiki olaraq rast gəlinmir. "Cad" (cat, azad, yad və s.) etnoniminə tarixdə daha çox təsadüf olunur.

Hələ Ptolomey bizim eranın birinci əsrlərində indiki Sır-Dərya sahillərində yaşamış "Yatii" xalqı haqda xatırlama verir. Orta əsrlər ərəb coğrafları həmin yerlərdə yəcuc və məcuc (bu haqda Quranda da yazılıb) (Incildə Qoq və Moqoq) xalqlarını yerləşdirir. Bunlar uzun müddət mifik xalqlar kimi sayılıb, Ardı »

CəlairilərSultan Cəlaləddin Hüseyn

Hakimiyyəti[redaktə]
Sultan Şeyx Üveysin oğlu Sultan Hüseynin hakimiyyəti illərində (1374-1382) Mərkəzi dövlət hakimiyyəti yenidən zəiflədi ki, Teymurləngin yürüşləri ərəfəsində bu olduqca ağır nəticələr verə bilərdi. Lakin onun qardaşı Sultan Əhmədin Təbriz şəhərini əlinə keçirərək hakimiyyətə yiyələnməsi (o, fasilələrlə 1382-1410-cu illər arasında hakimiyyətdə olmuşdu) hərc-mərcliyi aradan qaldırdı. Azərbaycanın bütün vilayətləri yenidən (Şirvan istisna olmaqla) Cəlairilər dövlətinin tərkibinə qatıldı. Ardı »

CəlairilərSultan Əhməd Cəlayır

Sultan Əhməd və Mərağayi[redaktə]
Məlum olduğu kimi, Əbdülqadir Marağayi iki sülalənin - Cəlairilər və Teymurilər sülalələrinin hakimiyyəti dövründə yaşayıb yaratmışdır. Marağayi öz vətəni Azərbaycanda ifaçılıq və musiqi yaradıcılığı ilə məşğul olmuşdur. Gənclik illərində Təbrizdə fəaliyyət göstərərkən Cəlairilər sülaləsinin hökmdarı şeyx Üveysin diqqətini cəlb etmiş və onun böyük hörmətini qazanmışdı. Üveysdən sonrakı Sultan Hüseynin hökmdarlığı dövründə Marağayi sarayda yaşayıb yaratmışdır. Məxəzlərdən məlumdur ki, digər Cəlairi hökmdarı Sultan Əhməd də Marağayiyə böyük hörmət bəsləmiş, Təbrizdən Bağdada köçən zaman Əbdülqadiri də özü ilə aparmışdı. Sultan Əhmədin böyük hörmət əlaməti olaraq Marağayinin yaradıcılığı haqqında əsər yazdığı da məlumdur. Saray musiqiçilərinin mövqeləri o qədər də möhkəm deyildi. Ardı »

CəlairilərMukali qoyon Cəlayır

Həyatı[redaktə]
Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı.

Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu.

Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə -- heç nə, -- nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, Ardı »

CəlairilərCəlayır eli

Tarixi[redaktə]
Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər.

Cəlayırlar Azərbaycana və İrana monqolların fütuhatı zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş temnik Bala-noyanı, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim (məhkəmə) Munkasar-noyanı, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqeday uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb.

Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik Ardı »