Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlayır eli

Tarixi
Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər.

Cəlayırlar Azərbaycana və İrana monqolların fütuhatı zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş temnik Bala-noyanı, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim (məhkəmə) Munkasar-noyanı, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqeday uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb.

Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü.

Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır. Qəribədir ki, Monqolustan hakimi Dayan xan nəvəsi Qeresendze də, cəlair-xunytayci kimi ayama ilə adlandırılmışdı. Bəzi məlumatlara görə onun 4, digər mülahizələrə görə isə 7 oğlu vardı, hansılar ki, sonralar yeddi xalxac qoşunlarına başçılıq ediblər.

Cəlairlər xalqı on tayfaya bölünürdülər, onlardan ən başlıcasını Rəşidəddin cat tayfası adlandırır. Mukali qoyon və Munkasar-noyon məhz bu tayfaya aid idilər.


Tarix: 21.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Cəlairilər
loading...