Nəzərə alsaq ki, "lar" türk dillərində cəm hal şəkilçisi bildirir, təxmin etmək olar ki, "cəlair" etnonimi başlıca tayfanın adından yaranıb xüsusən ona görə ki, "cəlair" adına qədim türklərin tərkibində VIII əsr toqon traktatında colto tayfası haqda işarə istisna olmaqla XI əsrə qədər tarixi mənbələrdə praktiki olaraq rast gəlinmir. "Cad" (cat, azad, yad və s.) etnoniminə tarixdə daha çox təsadüf olunur.
Hələ Ptolomey bizim eranın birinci əsrlərində indiki Sır-Dərya sahillərində yaşamış "Yatii" xalqı haqda xatırlama verir. Orta əsrlər ərəb coğrafları həmin yerlərdə yəcuc və məcuc (bu haqda Quranda da yazılıb) (Incildə Qoq və Moqoq) xalqlarını yerləşdirir. Bunlar uzun müddət mifik xalqlar kimi sayılıb, lakin sonuncu yüz ilik ərzində alimlər dəfələrlə sübut ediblər ki, miflər çox zaman gerçək əsaslara malikdirlər. Yatii-Yəcucu-cad-bir növ varislik sırası ilə düzülüblər. "C" **affrikatı** --"DZ", "Z", "çy", "SZ" hətta azsaylı etnosun dilində (müqayisə edin: cunqar-çyunqar-szyunqar-zyunqar), bir çox türk ləhcələrində isə -- "y" yaxud "u" variantları ola bilər.
Və hətta onun adı nəsil-tayfa mənsubiyyətindən danışır. Demək olar bütün Avrasiya xalqlarında etnik yaxud toponomik mənsubiyyət anadan olarkən verilən adla eyni zamanda baş verib, bəzən onu əvəz edib. Cəlayır ittifaqını təşkil edən tayfa türk və monqol xalqlarının etnogenezində əhəmiyyətli rol oynayıb. Onların ən parlaq nümayəndələri uzun zaman xələflərinin gürur predmeti olacaq.
Cəlayır eli Azərbaycanda dövlət qurmuşdu.
XVIII yüzildə Cəlayır eli öz müstəqilliyini itirib oymaq şəklində Avşar elinin tərkibinə daxil oldular. Cəlayır oymağı Avşar dövlətinin yaranmasında önəmli rol oynamışdı.
Təhmasibqulu bəy — Nadir şaha xidmət etmişdi. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Şahın vəkili təyin edilmişdi. Rzaqulu mirzənin lələsi olmuşdu.
Məhəmmədəli bəy — Nadir şaha xidmət etmişdi.
Qasıməli xan — Kəlat qalasının tikintisinə rəhbərlik etmişdi.
Tərxan bəy — Nadirqulu xanın ilk tərəfdaşlarındandır.
Mirzəxan sultan — Şahrux şah Qırxlı-Avşara xidmət etmişdi. Qızlarının birini şaha ərə vermişdi.
Yusifəli xan — Şahrux şah Qırxlı-Avşara xidmət etmişdi. Yusifəli xanın qardaşı Bazal xan da Şahrux şahı dəstəkləmişdi.
Tarix: 21.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Cəlairilər