Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı quberniyasıGöyçay qəzası

GÖYÇAY QƏZASI - Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi. Göyçay qəzası Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyində dəyişikliklər haqqında 1867 il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmışdı. Göyçay qəzasının mərkəzi Göyçay yaşayış məntəqəsi idi. Qəza idarə sistemi mövcud idi. Qafqaz təqviminin (1917) məlumatına görə, Göyçay qəzasının sahəsi 4676,58 kv.verst idi. Qəza əhalisinin (134,098 min nəfər) 127650 nəfəri yerli sakinlər, 6448 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 112,6 min nəfərini azərbaycanlılar, 17,2 minini ermənilər, 3,3 minini ruslar təşkil edirdi. Qəza əhalisinin 73891 nəfəri kişi, 60207 nəfəri qadın idi. Əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Kustar sənaye sahələri (xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi. Oktyabr Ardı »

Bakı quberniyasıCavad qəzası

Cavad qəzası - Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı quberniyasında inzibati ərazi vahidi. Mərkəzi Salyan şəhəri idi. Rus çarı II Aleksandrın (1855-81) Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli fərmanına əsasən, təşkil edilmişdi.

1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur[1].

Bakı quberniyasının ən böyük qəzası olmuşdur. 1870-ci il məlumatına görə, ərazisi 9837,5 kv. verst idi. Bu, quberniya ərazisinin 28,69%-ni təşkil edirdi. 1859-1863 illər kameral təsvirinin yekunları əsasında aparılmış hesablamaya görə, Cavad qəzasında 13142 həyət, 60966 nəfər əhali var idi ki, onların da 33140 nəfəri kişi (54,36%), 27826 nəfəri Ardı »

Bakı quberniyasıŞamaxı qəzası

Tarixi[redaktə]
"Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar" adlı qanuna (1840, 10 aprel) uyğun olaraq, Şirvan əyaləti və Salyan torpaqları əsasındayaradılmışdı. Mərkəzi Şamaxı şəhəri idi. 1841-1846 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı ildə Şamaxı quberniyası yaradıldıqda, eyni adla onun tərkibinə qatılmışdı. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən, Bakı quberniyasının tərkibində idi. Şamaxı qəzasında Qəza idarə sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917) məlumatma görə, qəzanın sahəsi 6625,99 verst (7553,64 kv.km) idi. Burada 133.800 nəfər əhali yaşayırdı. Onlarm 132.362 nəfəri yerli sakinlər, 1.438 nəfəri isə müvəqqəti yaşayanlar, 71.848 nəfəri kişi, 61.952 nəfəri qadın idi. Əhalinin 97 min nəfərini azərbaycanlılar təşkil edirdi. Çarizmin Ardı »