Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı qəzası

Tarixi
"Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar" adlı qanuna (1840, 10 aprel) uyğun olaraq, Şirvan əyaləti və Salyan torpaqları əsasındayaradılmışdı. Mərkəzi Şamaxı şəhəri idi. 1841-1846 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı ildə Şamaxı quberniyası yaradıldıqda, eyni adla onun tərkibinə qatılmışdı. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən, Bakı quberniyasının tərkibində idi. Şamaxı qəzasında Qəza idarə sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917) məlumatma görə, qəzanın sahəsi 6625,99 verst (7553,64 kv.km) idi. Burada 133.800 nəfər əhali yaşayırdı. Onlarm 132.362 nəfəri yerli sakinlər, 1.438 nəfəri isə müvəqqəti yaşayanlar, 71.848 nəfəri kişi, 61.952 nəfəri qadın idi. Əhalinin 97 min nəfərini azərbaycanlılar təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada ruslar da məskunlaşdırılmışdı. 17.656 nəfər rusun, 1.511 —i pravoslav, 16.145-i sektaçı (sektant) idi. Köçürülmə erməni-qriqorianların sayı 17.542 nəfər idi. Şamaxı şəhərində 27.752 nəfər yaşayırdı. Qəzanın iqtisadi həyatında kənd təsərrüfatı, əkinçilik, bağçılıq, ipəkçilik, maldarlıq sahələri üstünlük təşkil edirdi. Sənətkarlıq, xüsusilə toxuculuq inkişaf etmişdi. Fevral inqilabından (1917) sonra Şamaxıda fəhlə və əsgər deputatları soveti yaradılmışdı. Şamaxı qəzasında Müvəqqəti hökumətin də orqanlan yaradılırdı. Bakı Soveti öz hakimiyyətinin qəzalara yayılmasında, Bakıda olduğu kimi, azərbaycanlıların soyqırımıdan bir vasitə kimi istifadə edirdi. İsmayıl xan Ziyadxanovun Şamaxını müdafiə etməsinə imkan verməmək üçün ora Bakıdan 2 min nəfərlik dəstə göndərilmişdi. Şamaxı qəzasında azərbaycanlılara qarşı soyqırımına Stepan Şaumyanın yaxın silahdaşlarından olan daşnak cəlladı Lalayan (Lalayev) başçılıq etmişdi. Hesablamalara görə, ermənilər Şamaxı qəzasının 53 kəndində 8.027 nəfər azərbaycanlını qətlə yetirmişdilər; onlardan 4.190 nəfəri kişi, 2.560 nəfəri qadın, 1.277 nəfəri uşaq idi. Əhaliyə, ümumiyyətlə, 339,5 milyon manat məbləğində maddi zərər vurulmuşdu. Qəzada sovet hakimiyyətini yalnız bu qətl və qarətlər hesabına qurmaq mümkün olmuşdu. Şəhər dağıdılmış, qəza mərkəzi Çuxuryurd kəndinə köçürülmüşdü (bax, həmçinin Şamaxı qırğını). 1918 il mayın 16-da Bakı Xalq Komissarları Sovetinin quberniya komissarı Məşədi Əzizbəyovun rəhbərliyi ilə Şamaxı qəzasında kəndli deputatları sovetlərinin qurultayı keçirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkədə hakimiyyətinin tam bərqərar edilməsi uğrunda mübarizəyə başladı. Cənubi Qafqaz dəmir yol xətti boyunca döyüşlərdə qalib gələn Azərbaycan-türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxıya daxil oldu. Şamaxı qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti bərqərar edildi. Şamaxı qəzası Cümhuriyyətin sosial-iqtisadi və siyasi həyatmda mühüm yer tuturdu. Lakin Aprel işğalı (1920) nəticəsində 1920 il aprelin 29-da Şamaxı qəzasında sovet hakimiyyəti quruldu.


Tarix: 21.01.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Bakı quberniyası
loading...