Bakı quberniyası → Bakı qəzası
Haqqında[redaktə]
Rusiya imperiyası Bakı xanlığını işğal etdikdən (1806) sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirmişdi. 1840-cı il 19 aprel inzibati islahatı nəticəsində inzibati cəhətdən Xəzər vilayətinə daxil olan Bakı qəzası yaradıldı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsilə eyni adlı quberniyanın qəzası oldu. 1888-ci il 10 may tarixli qərara əsasən Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölündü. 1906-cı il 28 oktyabr tarixli fərmana görə Bakı və onun ətrafındakı fabrik-mədən rayonları əsasında Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) təşkil edildikdə qəzanın Ardı »