Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı quberniyasıBakı qəzası

Haqqında[redaktə]
Rusiya imperiyası Bakı xanlığını işğal etdikdən (1806) sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirmişdi. 1840-cı il 19 aprel inzibati islahatı nəticəsində inzibati cəhətdən Xəzər vilayətinə daxil olan Bakı qəzası yaradıldı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsilə eyni adlı quberniyanın qəzası oldu. 1888-ci il 10 may tarixli qərara əsasən Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölündü. 1906-cı il 28 oktyabr tarixli fərmana görə Bakı və onun ətrafındakı fabrik-mədən rayonları əsasında Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) təşkil edildikdə qəzanın Ardı »

Bakı quberniyasıLənkəran qəzası

Tarixi[redaktə]
Hələ çar I Nikolayın dövründə (1825-1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841-46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846 il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran Şəhəri idi Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi.

Qafqaz təqviminin (917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi. Lənkəran qəzasmda yaşayan 185518 nəfər əhalinin 183583 nəfəri yerli sakinlər, 1935 nəfəri müvəqqəti yaşayanlar, 96904 nəfəri kişi, 88614 nəfəri qadın Ardı »

Bakı quberniyasıBakı quberniyası

Bakı quberniyası-Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə.1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köcdü və adı dəyişilərək Bakı quberniyası adlandı.1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu.Quberniyaya daxil olan qəzalar:

Bakı qəzası
Cavad qəzası
Göyçay qəzası
Quba qəzası
Lənkəran qəzası
Şamaxı qəzası Ardı »

Bakı quberniyasıBakı quberniyası - Qubernatorlar

Konstantin Tarxanov-Mouravov, 1859–1863
Mixail Kolyubakin, 1863–1872
Dmitri Staroselski, 1872–1875
Valeri Pozen, 1875–1882
Justin von Huebsch Grostal, 1882–1888
Vladimir Rogge, 1888–1899
Dmitry Odintsov, 1899–1904
Mixail Nakaşidze, 1904–1905
Andrey Fadeyev, 1905
Vladimir Alişevski, 1905–1915
Lev Potulov, 1916–1917 Ardı »

Bakı quberniyasıBakı quberniyası - Ərazi

10 aprel 1840-cı ildə yaradılan Kaspi vilayəti 14 dekabr 1846-cı ildə ləğv edildi, Quba və Dərbənd qəzaları və yeni işğal olunmuş digər Dağıstan əraziləri ilə birlikdə Dərbənd quberniyası yaradıldı. Quba və Dərbənd qəzalarından başqa Kaspi vilayətinin tərkibinə daxil olan digər qəzaları əhatə edən Şamaxı quberniyası təşkil edildi. 1859-cu ildə adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. 5 aprel 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi onun tərkibinə daxil olan Quba qəzası Bakı quberniyasına qaytarıldı, Dərbənd quberniyasının mərkəzi olan Dərbənd şəhəri və onun inzibati mərkəz olduğu Dərbənd qəzası yeni yaradılan Dağıstan vilayətinin tərkibinə daxil edildi, Dərbənd şəhəri 1966-cı ilədək Dağıstan vilayətinin inzibati mərkəzi oldu. Bakı Ardı »

Bakı quberniyasıC-130 İran təyyarəsinin vurulması (1994)

Qəza[redaktə]
İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdi.

Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir.

Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər - daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdur. Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və Ardı »

Bakı quberniyasıQuba qəzası

Tarixi[redaktə]
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daşnak dəstəsi Quba şəhərində 3000-dək dinc sakini qətlə yetirmiş, 4 milyon manat nağd pul, həmçinin 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif əşyalar qarət etmişdi. Quba qəzasında 122 müsəlman kəndi dağıdılmış və yandırılmış, əhalisi kütləvi şəkildə qətlə yetirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Quba qəzasında öz hakimiyyətini bərqərar etmişdi. Parlamentin 1919 il 2 iyun tarixli qərarı ilə səpmə yatalaqla mübarizə üçün Quba şəhər özünü idarəsinə 100 min manat məbləğində faizsiz borc ayrılmışdı. Aprelin 12-də isə Qusar sahəsinin Xuluq kəndində ali ibtidai məktəb açılması barədə qanun qəbul olunmuşdu. Lakin sovet Rusiyasının Ardı »

Bakı quberniyasıLənkəran qəzası - Əhalisi

1859-1864-cü illər siyahıyaalınması[redaktə]
Bakı quberniyasının 1859-1864-cü illərə təsadüf edən kameral təsvirinə əsasən:
Toplam qəza əhalisi: 79 258 nəfər
Oturaq əhali: 74 011 nəfər
Kənd əhalisi: 70 272 nəfər
Şəhər (Lənkəran) əhalisi: 3 739 nəfər
milliyyəti göstərilmədən: 3 739 nəfər
Köçəri əhali: 5 247 nəfər
Kənd əhalisi və köçəri əhali birlikdə: 75 519 nəfər. Onlardan milliyyətinə görə:
Azərbaycanlılar[2]: 35 035 nəfər
Talışlar: 34 344 nəfər
Ruslar: 5 534 nəfər
milliyyəti göstərilmədən: 606 nəfər. Ardı »