Aktyorlar → Ətayə Əliyeva
Aktrisa. Film səsləndirən. Arxiv kadrlar.
[redaktə]
Həyatı
Azərbaycanın əməkdar artisti Ətayə Əliyeva 1920 ci ildə Aşqabadda sənətkar ailəsində doğulmuş,səhnə fəaliyyətinə məktəbli ikən həvəskar kimi başlamışdır.Bakı Teatr Texnikumunda ixtisas təhsili almışdır.1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir.1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə Yerevandakı Azərbaycan teatrına gedir və on il bu teatrda işləyir.Yerevan teatrinda gənc aktrisa həm milli,həm də tərcümə əsərlərinin tamaşasında onlarla maraqlı səhnə obrazları yaradır.Afaq(Nizami),Həcər(Qaçaq Nəbi)Şirin(Fərhad və Şirin).İnci(Xoşbəxtlər),Süsən(Namus),Cəvahir(Cinli),Jenya(Bizim şəhərli oğlan)və başqaları Ətayə xanımın hələ cavanlıqdan mürəkkəb xarakterli,müxtəlif yaşlı qadın obrazlarını məharətlə canlandırmaq bacarığını aydın göstərir.1948-1949-cu illərin teatr mövsümündə artıq Ardı »