Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AktyorlarCeyhun Mirzəyev

Ceyhun Mirzəyev - aktyor, rejissor, rejissor assistenti.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 Xarici keçidlər

[redaktə]
Həyatı

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ardı »

AktyorlarÇarli Şin

[color=#f82e00]Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu.

Çarli Şin karyerasının ilk illərində "Tağım" "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən skandallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan Ardı »

AktyorlarOktay Mehdiyev

[color=#4866e7]Həyatı

Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub.

1994-cü ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1988-ci ildə oranı bitirmişdir.

1999-cu ildən hal-hazıradək H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V.Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.

Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T.Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə.M.Lələdağ "Tələ"), Vəliqulu (C.Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G.Xuqayev "Bir köpək vardı"), Təkgöz ( K.Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş.Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y.Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə.M.Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Ardı »

AktyorlarAğaxan Şərifov

Həyatı

Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. İncəsənət İnstitutunda dram – kino aktyorluğu şöbəsində təhsil alıb (1986-1990). Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən Musiqili Komediya Teatrının aktyorudur.
[redaktə]
Filmoqrafiya
Nə gözəldir bu dünya... (film, 1999)
Əlavə təsir (film, 2010)
Ardı »

AktyorlarRəşid Səməndər

[color=#6a60ec]Aktyor. Mətn oxuyan. Arxiv kadrlar.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Şəkil
5 Həmçinin bax

[redaktə]
Həyatı

Rzayev Rəşid Səməndər oğlu (05.03.1975) 1997– ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışır. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən R.Rzayev öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, rəngarəng, çox maraqlı, yaddaqalan obrazlar yaratmışdır. Onlardan N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, Ardı »

AktyorlarOleq Basilaşvili

Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984).
[redaktə]
Həyatı

Oleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Basilaşvili və İrina İlyinskayanın ailəsində anadan olmuşdur.

1956-cı ildə MXAT məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirmişdir. Onda Lenin komsomolu adına Leninqrad teatrına göndərilmişdir.

1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur. Orada Georgi Tovstonoqovun bir neçə quruluşunda ("Okean", "Üç bacı", "Barbarlar" və s.) iştirak etmişdir.

Rejissorlar Eldar Ryazanovun ("İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal") və Georgi Daneliyanın ("Payız marafonu") filmlərindəki rolları isə aktyora məşhurluq gətirdi. Maraqlıdır ki, 1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlı Eldar Ardı »

Aktyorlarİv Montan

[color=#fd5b36]İv Montan (fr. Yves Montand fransızca tələffüzü: [[Beynəlxalq fonetika əlifbası|[iv mɔ̃ˈtɑ̃]]], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921, Monsummano-Terme, İtaliya — 9 noyabr 1991, Sanlis, Uaza, Fransa) — fransız şanson müğənnisi və aktyoru.Mündəricat [gizlə]
1 Həyat və yaradıcılığı
2 Siyasi baxışları
3 Filmoqrafiyası
4 Diskoqrafiyası
5 İstinadlar
6 Xarici keçidlər

[redaktə]
Həyat və yaradıcılığı

İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur.

1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə Ardı »

AktyorlarDadaş Kazımov

[color=#173bd3]Dadaş Kazımov - Aktyor. Film səsləndirən.
[redaktə]
Həyatı

Əsasən epizodik rollarda çəkilən Dadaş Kazımovun "Axırıncı Aşırım", "İstintaq", "Şirbalanın Məhəbbəti" filmlərindəki rolları yaddaqalandır.
[redaktə]
Filmoqrafiya
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
Anlamaq istəyirəm (film, 1980)
Araqarışdıran (film, 1987)
Avqust gələndə (film, 1984)
Axırıncı aşırım (film, 1971)
Bağlı qapı (film, 1981)
Bakıda küləklər əsir (film, 1974)
Bayquş gələndə (film, 1978)
Bəşir Səfəroğlu (film, 1969)
Bir cənub şəhərində (film, 1969)
Bizim Cəbiş müəllim (film, 1969)
Cansıxıcı əhvalat (film, 1988)
Cin mikrorayonda (film, 1985)
Çexski unitaz (film, 1985)
DHD (film, 1982)
Əgər bir yerdəyiksə (film, 1975)
Əhməd haradadır? (film, 1963)
Gözlə məni (film, 1980)
Gülüş sanatoriyası (film, 1989)
Güzgü (film, 1990)(II)
Həmyerli (film, 1989)
Həyat bizi sınayır (film, 1972)
İki dəfə iki (film, 1973)
İnsan məskən salır Ardı »