Aktyorlar → Bəxtiyar Xanızadə
Bəxtiyar Xanızadə — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax
[redaktə]
Həyatı
Bəxtiyar Xanızadə Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirib. 1978-ci ildə Gəncə Dövlət Dram teatrında, 1981 – 1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982-1983-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü Ardı »