Aktyorlar → Lətif Səfərov
Lətif Bəşir oğlu Səfərov (30 sentyabr, 1920, Şuşa-9 dekabr, 1963, Bakı) — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi (1960)Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax
[redaktə]
Həyatı
Güllə səsi qonşuları da oyatmışdı. Çoxları elə bilmişdi ki, nəsə partlayış olub. Lakin bir azdan hər şey aydın oldu. Kinorejissor Lətif Səfərov özünə qəsd etmişdi. 1963-cü il dekabrın 9-u idi. İliklərə işləyən soyuq adamlardakı həyəcana bir sərt ovqat da gətirmişdi. Onlar təəccüblə bir-birinə baxıb çiyinlərini çəkirdilər.
Lətif Səfərovun üzərində işlədiyi "Möcüzələr Adası" filminin redaktoru Nataliya Şneyer həmin günü belə xatırlayırdı: "Lətif qüvvəsindən, imkanından artıq yaşamağa və işləməyə can atırdı, əsəbləri tarıma Ardı »