Aktyorlar → Ələkbər Süheyli
Ələkbər Süheyli (1879-26.2.1927)-aktyor
[redaktə]
Həyatı
Azərbaycan milli teatrının peşəkarlıq istiqamətində formalaşmağa doğru inkişafında xüsusi xidmətləri var. "Süheyli" onun səhnə təxəllüsüdür. Bu sözün ərəbcə mənası "cənubda görünən ulduz" deməkdir. Yaradıcılığı realist səpkili rolların ifası ilə səciyyəvi olan aktyor həmçinin rejissorluq sahəsində də çalışıb. Ələkbər Fərəculla oğlu Əliyev (Süheyli) 1879-cu ildə Bakıda doğulub. Atası tacir olub və elmə, mədəniyyətə maraq göstərib. Buna görə də Ələkbərə 7 yaşından xüsusi müəllimlər tutaraq ona ana dilindən əlavə, fars, rus, ərəb dillərini tədris elətdirib. Atası və atasının yaxın dostları olan tacirlər Rusiya, Ərəb ölkələri və İranla ticari yazışma əlaqələrini məhz Ələkbər Süheylinin vasitəsilə həyata keçiriblər. O, xüsusi tapşırıqlarla, müqavilələr bağlamaq Ardı »