Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ bəylərbəyliyiBəylərbəylik dövründə hadisələr

Arazbar savaşı -1587-ci ildə Arazbarda оsmanlılarla qızılbaşlar arasında savaş оlmuşdu.

Qozluçay döyüşü-Qarabağın Dizaq qəzasının Qozluçay vadisində osmanlılarla qızılbaşlar arasında baş vermişdir.1604-cü ildə Gəncə bəylərbəyi Davud paşa yeddi min nəfərlik qоşunu ilə I Şah Abbas tərəfindən Qarabağa göndərilən Hüseyn xan Ziyadоğlu-Qacarı Qоzluçay ətrafında məğlub edərək оnu geri çəkilməyə məcbur etmişdir.

Gəncə döyüşü (1606)-1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) I Şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa Ardı »

Qarabağ bəylərbəyliyiQarabağ bəylərbəyliyi və Ziyadoğlu-Qacarlar

Ziyadoğlu-Qacarlardan qabaq Qarabağı kimlər idarə edirdilər? Tarixi qaynaqların əksəriyyətində bu barədə müfəssəl informasiyaya rast gəlmək mümkün olmasa da, 1675-1676-cı illərdə (hicri 1086-cı il) naməlum azərbaycanlı müəllif tərəfindən qələmə alınmış "Tarix-i aləmara-yi Şah İsmayıl" ("Şah İsmayılın dünyanı bəzəyən tarixi") adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir. Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501-1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir.

Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər Ardı »

Qarabağ bəylərbəyliyiQarabağin qəza və nahiyələri

Mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi xeyli geniş əraziləri əhatə edirdi. "Təzkirətül-müluk"da Qarabağ bəylərbəyiliyinə daxil olan və hakimlər tərəfindən idarə olunan 9 nahiyənin adları sadalanır və onların iqtisadi və hərbi vəziyyəti haqqında maraqlı statistik məlumatlar verilir. Zəyəm hakimi 5998 tümən 5980 dinar illik mədaxilə və 1200 nəfərlik qoşuna, Bərdə hakimi 3792 tümən 2735 dinar mədaxilə və 515 nəfərlik qoşuna, Ağstafa hakimi 852 tümən 5930 dinar mədaxilə və 700 nəfərlik qoşuna, Cavanşir hakimi 2102 tümən 8000 dinar gəlirə və 832 nəfərlik qoşuna, Bərgüşad hakimi 341 tümən 2750 dinar gəlirə və 300 nəfərlik qoşuna, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi) hakimi 636 tümən Ardı »

Qarabağ bəylərbəyliyiQarabağ bəylərbəyliyi Sərhədləri

Qarabağın sərhədləri haqqında "Qarabağnamə" müəlliflərindən Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə "Krasnıy most", yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndindən Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdı" .

Mir Mehdi Xəzani yazırdı: "Şimdi Qarabağda sərhədd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin körpüsünün Ardı »

Qarabağ bəylərbəyliyiQarabağ bəylərbəyiləri

Sərdar bəy Bəydili-Şamlı
Rüstəm xan Qacar
Şahverdi sultan Ziyadoğlu-Qacar 1551-1568
İbrahim sultan Ziyadoğlu-Qacar 1568-1570
Yusif xəlifə Ziyadoğlu-Qacar 1570
Peykər sultan Ziyadoğlu-Qacar 1570-1577
İmamqulu xan Yıva-Qacar 1577-1587
Hüseyn xan Ziyadoğlu-Qacar 1587
Məhəmməd xan Ziyadoğlu-Qacar1587-1616
Mürşüdqulu xan Ziyadoğlu-Qacar 1616-?
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar?-1626
Davud xan Undiladze1626-1633
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar1633-1642 İkinci dəfə
Mürtəzaqulu xan Ziyadoğlu-Qacar 1642-1664
Uğurlu xan Ziyadoğlu-Qacar 1664-1666
Abbasqulu xan Ziyadoğlu-Qacar1666-?
Kəlbəli xan Ziyadoğlu-Qacar?-?
II Uğurlu xan Ziyadoğlu-Qacar?-1738
Hacı xan Camışgəzəki1738-1747 Ardı »

Qarabağ bəylərbəyliyiQarabağ bəylərbəyliyi Tarixi

Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".[1]

Qarabağ bəylərbəyliyinin geniş Ardı »

Qarabağ bəylərbəyliyiQarabağ bəylərbəyliyi

Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. Ardı »