Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MetroseksualSaqqalı gec uzananlar tez öləcək

Bəzi mütəxəssislər kişilərdə testeron səviyyəsinin (kişilik hormonları) çoxluğunun ürək xəstəlikləri riskini artırdığını iddia edirlər. Buna görə də cinsi aktivliyi ilə qürurlanan kişilərin müəyyən yaşdan sonra ürək xəstəliklərindən əziyyət çəkmə ehtimalının daha yüksək ola biləcəyini irəli sürürlər.
Lakin bu yaxınlarda İngiltərənin Bristol universitetində həyata keçirilən bir araşdırmanın nəticəsində belə məlum olub ki, testeron azlığı və bununla əlaqədar ortaya çıxan üz tüklərində seyrəklik infarkt və ürək tutmaları üçün daha böyük risk faktoru ola bilər.
Bu nəticəyə gəlmək üçün Epidemioloq Şah Ebrahim və komandası 45-59 yaş arasındakı təxminən 2438 kişini 20 il müddətində izləyərək bu insanlarda infarkt və ürək tutma hadisələrinin sayını müəyyənləşdiriblər. Tədqiqatçılar könüllüləri iki Ardı »

MetroseksualBəy kostyumunu necə seçməli?

İstər qadının, istərsə də kişinin həyatında ən vacib günlərdən biri də onların ailə həyatı qurduqları gündür. Bu gün həm kişi, həm də qadın daha fərqli gözəl, yaraşıqlı görünmək istəyir. İstədiyimiz kimi görünmək üçün isə öz vücudumuzu yaxından tanımağımız və dəb incəliklərini bilməyimiz mütləqdir. Bilirik ki, oxucularımız arasında da subay, toy hazırlıqları görən bəylərimiz var. Elə bu məqsədlə də bu dəfə sizinlə bəy kostyumu seçərkən diqqət etməli olduğumuz əsas incəliklər haqqında danışmaq istəyirik.
Əgər əzələli bədən quruluşuna sahibsinizsə, sizə qətiyyən dar kostyum (pencək, şalvar, köynək) seçmək məsləhət görülmür. Çünki tam bədənə yapışan şalvar və köynək əzələlərinizi daha da sıxır, nəticədə isə paltar əyninizdə Ardı »

MetroseksualFen və boya saç tökmür

Mütəxəssislərin sözlərinə görə, saç tökülməsi bir çox xəstəliklərdən xəbər verir. Bu xəstəliklər sırasında hormonal problemləri, qan azlığını, qeyri-təbii qidalanmanı, eləcə də əks təsiri olan dərmanların orqanizmdə yaratdığı bir çox narahatlıqları misal göstərmək olar.
Mütəxəssislər bildirirlər ki, müntəzəm və sağlıqlı qidalanma bütünlükdə orqanizmimiz qədər saçlarımız üçün də əhəmiyyətlidir. Buna görə də həkim məsləhəti olmadan özümüz üçün yaratdığımız müxtəlif ağır diyetalar saçlarımız üçün zərərli hesab edilir. Bunun əksinə olaraq bədəndəki qan dövranına müsbət təsir edən idman isə eyni zamanda saçlarımızın gurlaşmasına və çoxalmasına müsbət təsir edir.

Fen və boya saç tökmür
Bir çoxlarının hesab etdiyi kimi saçları fenləmək və boyamaq isə köklərə zərər vermədiyi üçün onlar Ardı »

MetroseksualDərini qırışlandıran qidalar

Dərimizin vaxtından əvvəl qocalmasının səbəblərindən biri onun qayğısına qalmamağımızdırsa, digər bir səbəb də qidalanmağımıza fikir verməməyimizdir. Çünki qəbul etdiyimiz qidalar birbaşa olaraq daxili orqanlarımızın, eləcə də dərimizin vəziyyətinə təsir edir. Mütəxəssislər belə hesab edirlər ki, dərini cavan saxlamağın ən sadə yolu düzgün qidalanmaqdır. Buna görə də, əziz kişilər, hər nə qədər mütəmadi olaraq dərinizin qayğısına qalsanız, müxtəlif maskalardan istifadə etsəniz də, tez zamanda effektiv nəticə əldə etmək istəyirsinizsə, gigiyenanızın qayğısına qalmağınız da əsas şərtdir. Bu dəfəki məqalədə sizə dərinin erkən qocalmasına səbəb olan dörd qida növü haqqında məlumat vermək istəyirik. Oxuyun və mümkün olduğu qədər onlardan uzaq durmağa çalışın.

Fast- Food
Kalorisi yüksək Ardı »