Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MetroseksualSaqqal saxlayanların nəzərinə

Yəqin ki, siz də qadınların saqqalı ilə özünəxas tərz yaradan kişiləri daha maraqlı cəlbedici hesab etdiklərini bilirsiniz. Bunun fərqinə varmaq üçün onların bu görünüşə sahib kişilərə necə baxdığına fikir verməyiniz kifayətdir.
Əgər bir qadının diqqətini çəkmək istəyirsinizsə, onların gözündə digərlərindən fərqlənməyə çalışın. Bu dəfə sizinlə kişinin yaraşığı hesab olunan saqqal saxlamağın əsas qaydaları haqqında danışmaq istəyirik.
Saqqal saxlamaq istəyirsinizsə, ən birinci bunu bilməlisiniz: uzun müddət üzünüzü təraş etməməyiniz saqqal saxladığınız anlamına gəlmir. Buna sadəcə səliqəsizlik deyə bilərik. Saqqal saxlamaq heç də üzünüzdəki tüklərin “işinə qarışmayacağınız” anlamına gəlmir. Əksinə bu vaxt xarici görünüşünüzə qarşı daha diqqətli olmalısınız.
Saqqal saxlamaq üçün ən birinci etməli olduğunuz 6-8 Ardı »

MetroseksualKişilər üçün cild maskası

Qadınlar kimi kişilərin də müəyyən yaşdan sonra özləri ilə bağlı şikayətləri artmağa başlayır. Çünki orqanizmin qocalması insanda özünü həm əqli, həm də fiziki formada biruzə verir: yaş artdıqca yaddaş zəifləyir, orqanizm itirlimiş enerjini əvvəlki kimi bərpa etmək gücündə olmadığından fiziki zəiflik müşahidə edilir.
Yaş ilə əlaqəli insan vücudunda yaranan xoşagəlməz dəyişikliklərdən biri də qadın və kişinin üzündə və vücudunda özünü göstərən qırırşıqlıqlardır. Kosmetoloqlar belə problemləri aradan qaldırmaq üçün kimyəvi vasitələrdənsə, təbii vasitələrdən istifadə etməyi daha məsləhətli hesab edir.
İndi isə, əziz kişilər, sizə təbii vasitələrlə hazırlaya biləcəyiniz bir maska təqdim edirik. Paylaşdığımız bu reseptlə hazırlayacağınız maska uzun müddət cildinizin parlaq və canlı görünməsinə Ardı »

MetroseksualTərləməyə qarşı ən effektiv yol

Gün ərzində işimizlə əlaqədar müxtəlif yerlərdə olur, durmadan hərəkət edirik. Bu isə orqanizmdə tər ifraz edən hüceyrələrin aktivliyini artırır. Mütəxəssislər belə hesab edirlər ki, tərindən pis qoxu gələn insanlar malariya xəstəliyindən xüsusilə ehtiyyatlı olmalıdırlar. Yay aylarında mümkün olduğu qədər tünd çay, kofe, şirin məmulatlar və şokoladdan uzaq durmalıdırlar. Çünki adıçəkilən məhsullar tər ifrazını artırır.
Bu gün apteklərdə tər qoxusunun qarşısını almaq üçün ən müxtəlif vasitələr satılır. Həkimlər bu vasitələrdən yuyunduqdan sonra tam qurulanıb sonra istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, tərlədikdən sonra istifadə edilən bu məhsullar heç də effektiv nəticə vermir. Həddən artıq tərləyən insanlara isə həkimlər müntəzəm olaraq ev şəraitində hazırlanan Ardı »

MetroseksualDəri xərçəngindən qorunmağın yolları

Sağlam dəriyə sahib olmaq hər birimizin arzusudur, amma təəssüflər olsun ki, bir çox hallarda xüsusilə biz kişilər görünüşümüzə qarşı diqqətsiz yanaşır və bununla da səhhətimizdə bir çox xəstəliklərin yaranmasına vasitəçi oluruq. Ən adi diqqətsizlik nəticəsində belə orqanizmimizdə yaranacaq ciddi xəstəliklərdən biri də dəri xərçəngidir. Mütəxəssislərin hesablamalarına görə, hər il üç milyona yaxın insan bu xəstəliyin qurbanına çevrilir. Bu hər nə qədər ciddi xəstəlik hesab edilsə də, ona qalib gəlmək, bu xəstəliklə mübarizədə məğlub tərəfə çevrilməmək öz əlimizdədir.

Keçən il Fransada aparılan bir araşdırmaya görə, günəş kreminə güvənib uzun müddət günəş vannası qəbul edənlər, krem istifadə etməyən, amma günəş işığından maksimum dərəcədə qorunanlara Ardı »

MetroseksualKişilər də nəmləndirici krem istifadə etməlidir!

Yaz günəşi yay istisindən daha təhlükəlidir. Bu fikir tibbi cəhətdən də sübut edilib. Həkimlərin sözlərinə görə, yazda dərimiz yaya nisbətən daha çox zədələnir. Dərini bu cür kənar təsirlərdən qorumaq, zədələnməsinin qarşısını almaq üçün müxtəlif qoruyucu üsullardan istifadə etmək mütləqdir. Mütəxəssislərin sözlərinə görə, bunun üçün ən effektiv vasitə nəmləndirici kremlərdir.
Əziz kişilər, nəmləndirici kremlər yalnız xanımlar üçün nəzərdə tutulan cildə qulluq vasitəsi deyil. Eyni zamanda dərisinin tez qocalmasını, ləkələnməsini istəməyən bəylərimiz də bu vasitələrdən istifadə edə bilərlər.
Bəs nəmləndirici krem seçərkən əsas hansı keyfiyyətlərə fikir verməliyik? Hansı vasitələr dərimiz üçün təhlükəlidir? Əgər bu sualların cavabı sizə də maraqlıdırsa, məqaləmizi sona qədər oxumağınızı tövsiyyə edirik.
Amerikan Ardı »

MetroseksualKişilər, arıqlamaq üçün bunları mütləq edin

Arıqlamağın çətinliyindən qorxub bu arzularını reallaşdırmağı sabaha saxlayan bəylərimiz, gözünüz aydın! Bu məqalədə siz arıqlamağın ən asan metodlarını öyrənəcəksiniz. Sağlam yaşamaq üçün müntəzəm olaraq idmanla məşğul olmaq mütləqdir. Bunun üçün əvvəlcə həkiminizlə məsləhətləşib özünüzə uyğun pəhriz planı, sonra isə məşqçinizlə danışıb xüsusi idman qrafiki qurmalısınız. Məşq etməyə başlayadan sonra bədəninizdəki dəyişiklikləri görəcəksiniz.

Arıqlamağın ən asan yolu nədir?

Əslində sizi neçə kilo olduğunuz deyil, çəkinizin neçə faizinin piy olmağı maraqlandırmalıdır. İdman edərək arıqlamaq istəyirsinizsə, itirəcəyiniz kilolar əzələlərinizdən yox, piy qatınızdan olmalıdır. Həmçinin qəbul etdiyiniz kalorinin itirdiyiniz kaloridən az olmasına xüsusi diqqət yetirməlisiniz. Bunun üçün aşağıdakı 3 addımı mütləq atmalı, hətta onları həyatınızın bir parçasına Ardı »

MetroseksualKişi dərisinə qulluq

Dəyərli kişi oxucularımız, artıq “yalnız qadınlar dərilərinin qulluğunda durmalıdırlar” fikrindən uzaqlaşın, çünki dövrümüz baxımlı və romantik kişilərin dövrüdür. Əgər diqqət mərkəzində olmaq və seçilmək istəyirsinizsə, qadınların xarici görünüşləri haqqında az qala diqqət yetirdikləri hər bir ünsürə siz də fikir verməlisiniz.

Kişi.az saytı olaraq dəri qayğısı haqqında bəzi vacib məsləhətləri sizinlə paylaşmaq istəyirik.

Əllərimizin qayğısına qalaq

Gəlin, işə göz qarşısında olan üz və əllərimizin qayğısına qalmaqla başlayaq. Qış uzunu quruyub çat-çat olan əllərimizi nəmləndirək və beləcə onların soyuq hava ilə təmasını azaldaq. Bunun üçün hər hansı aptekdən dərinizə uyğun bir nəmləndirici krem alın və əlinizin hər su ilə təmasından sonra bu kremdən istifadə edin. Əllərinizi Ardı »

MetroseksualTəraş qaydaları

Kişilər üçün üz dərisinə qulluq deyəndə ilk ağıla gələn təraşdır. Bizim üçün səliqə ilə qırxılmış üz elə ən baxımlı cild deməkdir. Kişi dərisi qadın cildi ilə müqayisədə daha sərt olsa da, bir o qədər də dözümlüdür. Amma, əziz kişilər, bu dözümlülük heç də o demək deyil ki, biz dərimizin qayğısına qalmamalıyıq. Xüsusuən, təraşdan sonra cildimiz zərər çəkdiyi üçün bu zaman onun qayğısına qalmaq daha vacibdir. Ümumilikdə, qadınların gözündə bu asan proses kimi görünə bilər, amma əmin ola bilərsiniz ki, üz qırxmaq bir çox kişi üçün hətta ən qorxulu kabusdan belə daha dəhşətlidir. Üstəlik, yalnış təraş edildiyi zaman kişi cildində ciddi problemlər Ardı »