Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt ailəOnu çox sevmişdim..

Din adamı yeni qazılmış məzarın başında duasını bitirmək üzrə idi. Birdən, 50 illik arvadını itirmiş olan yaşlı adam qalın səsiylə fəryad etməyə başladı:
"Aaah,aaah! Onu nə qədər çox sevirdim!"
Onun bu fəryad-fəğanı cənazə mərasiminin səssizliyini götürüb apardı.
Məzarın ətrafında dayanan digər ailə üzvləri və yoldaşları çaşdılar, utandılar. Üzləri qıpqırmızı olan yetkin uşaqlar atalarını susdurmağa çalışdı:
"Yaxşı, ata, ağrını anlayırıq, amma sus indi."
Yaşlı adam cənazənin məzara yavaşca endirilişini yaşlı gözlərlə seyr etdi. Din adamı duasını tamamladı. Sonra da, ailə üzvlərini məzara torpaq atmağa dəvət etdi. Yaşlı adamdan başqa hamısı bu vəzifəsni yerinə yetirdi.
Yaşlı adam bir dəfə daha fəryad etdi:
"Ah! Onu nə qədər də çox sevirdim!"
Məzarın ətrafında Ardı »

Xoşbəxt ailəEvlilik və temperament

Psixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir.

psixoloji uyğunluq və evlilik həyatı
Mərhəmətli və fədakar melanxoliklər
Həssas və emosional baxımdan tez təsirlənən insanlar, adətən daxili aləmlərinin hisslərinə qapılıb yaşayırlar. Buna görə onlar üçün psixoloji və fiziki yükü daşımaq çətin olur. Melanxoliklər mərhəmətli və fədakar altruistlərdir. Ailədə isə onlar vəfalı, qayğıkeş ər və ya arvad Ardı »

Xoşbəxt ailəİslamda övlad tərbiyəsi

İmam Sadiq (ə) buyurur: “Yeddi il icazə ver uşaq oynasın, ikinci yeddi ildə ona yazı yazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah Təalanın əhkamında olan halal və haramı öyrət.”
Uşaqlar dərketmə həddinə çatan kimi onlara hədislər öyrət. Həzrəti Əli (ə)-ın məhəbbətini onların qəlbinə salmaq, onlara Quran öyrətmək, onlarla ədəb-ərkanla rəftar etmək və onları yaxşı adlarla çağırmaq lazımdır. (Kafi, 6-cı cild, səh.47)
İmam Sadiq (ə) buyurmuşdur: “Nə qədər ki, müxaliflər və əcnəbilər övladlarınızı yollarından azdırmayıb, onlara İslami məsələləri öyrədin.”
Uşaqlıq çağlarında övladın şuluq və şıltaq olması böyüyəndə onun səbirli və bilikli olacağının əlamətidir. Uşaqla kobut rəftar etmək və ağır işləri uşağa tapşırmaq Ardı »

Xoşbəxt ailəQan qrupu və nikah

İnsan münasibətlərində qaçılmaz bir hal olan ailə məsələsinə baxanda təbiətcə skeptik olan deyərdi ki, sevginin gözü kordu. Optimist onun sözünü ağzında qoyub «Amma gör necə də gözəldi!» deyərdi. Pessimist isə boynunu büküb nəticə çıxarardı: «Hər bir halda nikah və məişət onun işinə baxacaq». Əgər sevgi uğurlu nikaha aparan yol deyilsə, deməli, başqa yollar da var. Alimlər belə şeyləri ortaya çıxarmağı sevir. Müxtəlif qan qruplarını və onların nikaha münasibətini dərindən öyrənəndən sonra məlum olub ki, qruplar biri o birindən çox fərqlənir.

Ərin disturu...

Bu adam haqqında ola bilər ki, hər şeyi bilirsiz: stomatoloqdan qorxur, yazda soyuqlamadan az qala «ölür», qaynanasının gəlişini kiçik təbii fəlakət Ardı »

Xoşbəxt ailəEvdə dava olanda

Əgər evdə bir-birinizdən küsmüsüznüzsə,aranız sərindirsə,bir-birinizə lazımi diqqəti göstərmirsinizsə,seksual harmoniya yoxdursa məsləhət görülür ki,bu cümlələri tez-tez işlədəsiniz:

1) Haqlısan!
2) Mümkündür!
3) Səni sevirəm!
4) Səni yaxşı başa düşürəm!
5) Səndən bir dənədir!

6) Əllərinə sağlıq!
7) Üzr istəyirəm!
8) Sənin yerin başqadır!
9) Xeyirlisi olar İnşallah!
10) Sən Allahın bir lütfüsən və ya gözümün nurusan!evdə dava olmasın.həmişə mehriban ailə olun

11) Problem deyil
12) Təşəkkür edirəm!
13) Əsəbim sənə qarşı deyil
14) Dualarım səninlədir!
15) Mənə bir az vaxt ver!

16) Sən belə eləməzsən,mən bilirəm!
17) Canın sağ olsun!
18) Haqqını halal et!
19) Allah səndən razı olsun!
20) Çox gözəl olmuş

21) Sən dünyanın 8-ci möcüzəsisən! Ardı »

Xoşbəxt ailəAilə səadəti üçün 39 məsləhət

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin.

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Yersiz qeyrət, şək-şübhə düşmənlərdir. Sən veqe olan şeylərə diqqət yetir, zənn və ehtimallara diqqət yetirmə.

4. Ailə həyatının müqəddəsliyini, onun böyük əhdi-peyman olduğunu başa düşməlisən. Bir iş görmədən öncə min dəfə fikirləş. Çünki, sonrakı peşmançılıq fayda verən deyildir.

5. Sevgi, nə qədər də mühüm və zəruri olsa belə, sadəcə sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən felləri tərk et.

7. Qohum-qonşunun sizin işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca aranızda olan problemləri özünüz həll Ardı »

Xoşbəxt ailəXoşbəxt bir evlilik üçün kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?Xoşbəxt bir evlilik üçü

İngiltərəli elm adamlarının araşdırmaları maraqlı nəticə vermişdir. Buna əsasən ailədə xoşbəxtliyin təmin olunması üçün kişi özündən beş yaş kiçik qadınla evlənməlidir.Bath universitetində evli olan və ya münasibətlərində ciddi olan 1500-dən çox cütlüklə görüşlər keçirilmiş və onlara müxtəlif suallar ünvanlanmışdır.

İlk görüşdən 5 il keçdikdən sonra həmin cütlüklərdən 1000-i ilə yenidən görüş təşkil edilmişdir. Bu zaman maraqlı faktlar ortaya çıxmışdır. Ərindən yaşca böyük olan cütlüklərdə eyni yaşda olan cütlüklərə nisbətən boşanmalar 3 dəfə çox baş verir. Eyni zamanda qadının yaxşı təhsil alması da xoşbəxtliyi artıran faktorlardan biri kimi vurğulanmışdır.
Başqa bir sosial araşdırmada isə keçmişdə boşanmış qadın və kişinin birlikdəki münasibətlərinin də uzun müddətli Ardı »

Xoşbəxt ailəKişilər niyə susur?

Kişilər bəzən "Susmaq-qızıldır' xalq deyiminin dəyərini anlayırlar. Psixoloqların fikrincə, kişilər
qadınlarla aranı pozmamaq üçün susduqları zamanlar olur. Qadınlar hardan bilsin ki, bu susqunluq onun qəlbinin sakitliyi üçündür. Kişilər isə öz sirlərini gizlətməyə çalışırlar.
Sirr 1
Qonşu mənzildəki xanım həqiqətən çox gözəldir.
Bu о demək deyil ki, kişi onun yanına getmək istəyir. Siz soruşsanız ki, "Qonşu mənzildəki xanım gözəldir?", cavab isə "Kim? Qonşu mənzildəki xanım? Men heç fikir verməmişəm" olacaq. Kişilər bu cürdür - onlar ətrafda cazibədar qadın görən kimi avtomatik baxırlar.
Sirr 2
Bəzən "Mən futbola gedirəm" ifadəsi "Sənin əlindən bir az dincəlmək istəyirəm" deməkdir.
Çox zaman futbola (digər idman oyunlarına) getmək kişilərin öz yarının əlindən dincəlmək Ardı »