Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt ailəAnalarınıza təşəkkür etməyi unutmayın

Allah bütün həyatda olan analara cansağlığı,uzun ömür versin. Analarınızın qədrini bilin. Qədrini bilsəydiniz ona lazımınca təşəkkür edərdiniz:

1 yaşınızda sizi əlləri ilə bəslədi və yudu. Bütün gecəni ağlayıb onu oyaq saxlayaraq təşəkkür etdiniz.
2 yaşınızda olarkən sizə yeriməyi öyrətdi. Sizi çağıranda otaqdan qaçaraq təşəkkür etdiniz.
3 yaşınızda ikən sizə xüsusi qayğı ilə yeməklər hazırladı. Boşqabınızı masanın altına tökərək təşəkkür etdiniz.
4 yaşınızda əlinizə rəngli karandaşlar tutuzdurdu. Evin bütün divarlarına şəkillər çəkərək təşəkkür etdiniz.
5 yaşınızda ikən sizi sevimli geyimlərlə bəzədi. Gördüyünüz ilk palçıq yığınına yıxılaraq təşəkkür etdiniz.ana və uşaq6 yaşınızda ikən sizinlə məktəbə qədər yeridi. Küçələrdə "GETMƏYƏCƏƏƏM" deyə ağlayaraq təşəkkür etdiniz.
7 yaşınızda sizə bir top Ardı »

Xoşbəxt ailəXoşbəxt ailə olmaq üçün

Təcrübələr nəticəsi, alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:

1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə Ardı »

Xoşbəxt ailəVasitəçiliklə ailə qurmaq

"(Ey möminlər!)aranızda subay kişiləri və qadınları,əməlisaleh (yaxud evlənməyə qabil)kölə və cariyələrinizi evləndirin.Əgər onlar yoxsuldurlarsa,ALLAH öz lütfü ilə onları dövlətli edər.Allah (lütfü və mərhəməti ilə) genişdir,(hər şeyi)biləndir!"
Ən Nur-32

Əslində belə bir işin savab olduğunu bilə-bilə bu işdən çox çəkinirəm.Məsələn kimisə kiminləsə tanış etdin,bir birilərinin xoşlarına gəldilər və ailə qurdular.Sonradan xasiyyətlərinin bir birinin əksi olduğunu görəndə,yəni dəqiq desək yola getməyəndə dərhal onları bir biriləri ilə tanış edəni günahlandıracaqlar.Və deyəcəklər ki,bəs sən mənə bunu tərifləyirdin?
Halbuki insanları o qədərdə tanımaq olmur.Birdə görürsən neçə illərdir bir birilərini tanıyırlar yaxid sevirlər,amma ailə qurandan sonra hər şey bunun əksini deyir.Heç çox vaxt qohumları da tanımaq olmur.Bəzən bir ömür belə Ardı »

Xoşbəxt ailə“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun

İnsan ailə qurmazdan əvvəl özünə bir sıra suallar verməli və onlara məntiqi cavablar tapmalıdır.
Özünüzdən sevginin nə olduğunu soruşmusunuzmu? Sevgi nədən yaranır? Onun əvvəli olduğu kimi sonu da varmı? Əgər vermisinizsə, bütün bunlara hansı cavabları tapmısınız? İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmamaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki "mən"i "biz"lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da sonu həyatın sonu ilə qurtarır.
(Hədis)

“Səni sevirəm” deməzdən əvvəl özünüzdən soruşun.

mən səni sevirəm
Onu hansı gözəl xüsusiyyətlərinə görə sevirəm? Varlı olduğu üçünmü? Valideyinlərinin tanınmış şəxsiyyət olduqları üçünmü? Özünün Ardı »

Xoşbəxt ailəKişilər üçün-ailə həyatını daha da xoşbəxt etmək qaydaları

l. Heç vaxt öcəşməyin!!! Ailə həyatınızı məzara sürükləyən ən qısa yol. Deyingənlik və öcəşkənlik məhəbbətin puç edilməsi üçün cəhənnəm iblislərinin icad etdikləri bütün cəhənnəm əzablarının ən əzablısıdır.
Qadının öcəşkənliyi və davakarlığı kişinin öz ailəsini atmasının başlıca şərtlərindən biridir. Çox qadınlar xırdaçılıq edib hər şeyə qulp qoymaqla özlərini ailə həyatı üçün tədricən məzar qazmışlar.
2. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmayın. Sevin və yaşamağa mane olmayın.
Ailə həyatında münasib həyat yoldaşı tapmaqdan daha vacibi münasib həyat yoldaşı olmağı bacarmaqdır.
insanlarla ünsiyyətdə ən əvvəl bunu bilmək lazımdır ki, onların vərdiş etdikləri tərzdə, özləri istəyən kimi yaşamalarına mane olmaq yaramaz, ancaq gərək bu vərdişlər bizim vərdişlərimizlə o qədər də Ardı »

Xoşbəxt ailəMüdrik qadınlara psixoloq məsləhəti

Sirr deyil ki, qadınlar xüsusi cazibə qüvvəsinə malikdirlər. Bu qeyri adi bacarığı ilə hər bir qadın sevgilisini ovsunlaya bilər. Bu gün Sizə bir neçə məşhur “qadin hiylələrini” təqdim edirik

1. YOLDAŞINIZ ÜÇÜN DAIM SIRLI, ƏLÇATMAZ OLUN.

Adətən, bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır. Özünə qarşı əvvəlki kimi tələbkar olmur. Görkəminə bir o qədər əhəmiyyət vermir, ümumiyyətlə, sevgilisi üçün adiləşir.
Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər. Həyat kişilər üçün döyüş meydanıdır – Sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır. Onlar hər zaman Sizin sevginizi, rəğbətinizi, hörmətinizi qazanmağa çalışmalıdırlar. Hər gün, hər zaman o, Ardı »

Xoşbəxt ailəMənim ailəm - mənim qalam!

“İki müxtəlif cinsin nümayəndəsi arasında nigah adlanan əlaqə sadəcə olaraq, təbii heyvani əlaqə və hətta mülki müqavilə də deyildir. O, hər şeydən əvvəl ər ilə arvadın ikisini bir şəxsə çevirərək, qarşılıqlı sevgi və inam əsasında yaranan mənəvi ittifaqdır” (Hegel)

Həyatımız elə qurulub ki, dünya yaranandan bəri yer üzərində hər an inkişaf gedir. Hər şey öz sürəti ilə axarına qapılaraq hansısa bir istiqamətdə axır. Sürətini artırsa da və ya bəzən büdrəsə də yenə də dayanmır, axır və dövr edir. Eləcə də bizlər.

Bir ayədə belə buyrulmuşdur:
“Allah sizə özünüzdən qadınlar var edər. Qadınlarınızdan da oğullar və nəvələr var edər. Sizə təmiz şeylərdən ruzi verər. Ardı »

Xoşbəxt ailəNikah...

Nikah insan həyatında ən əlamətdar hadisədir. Bu da təbiidir. O, ailənin hüquqi əsasıdır. Nikahı vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı (VADQ) qeydə alır.
Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.milli toy,Azərbaycan toyu,xoşbəxt bəy və gəlin
Ölkəmizdə nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyumluq və himayəçilik, nikahın pozulması, Ardı »