İdman və sağlamlıq → Qaçış zamanı edilən səhvlər
1. İsinmə və soyuma hərəkətlərinə keçid
Hamımız idmançıları hoppanarkən, tullanarkən, çox yavaş qaçarkən və ya qəribə hərəkətlər edərkən görə bilərik. Bunlar qaçışa başlamazdan əvvəl etdikləri isinmə hərəkətləridir. Qaçışdan sonra edilən bənzər soyuma məşqləri də isinmə hərəkətləri qədər əhəmiyyətlidir. Əgər soyuma hərəkəti edilməsə, bu, əzələlərin ağrımasına səbəb olacaq. İdmana başlayarkən isinmə hərəkətinin edilməməsi ən çox edilən xətadır və saysız narahatlıqlara səbəb olar.
2. Çox uzaq məsafə
Bu səhv yeni idmançılar arasında ən məşhur olanıdır və səbəbini görmək isə çox asandır. Daha çox məsafəni daha sürətli bir şəkildə qaçmaq olduqca təbii bir hədəfdir, deyilmi? Amma bu məsafələri uzatmaq çox zaman təhlükəlidir. Mütəxəsislər yaralanmalardan qaçınmaq üçün qaçma Ardı »