Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman və sağlamlıq15 dəqiqə idman etmək ömrünüzü nəçə il uzada bilər?

Bütün günü oturanlar, işdən qayıdandan sonra yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə. Gündə sadəcə 15 dəqiqə idmanla orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz? Türk mətbuatının verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.
Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir. «Gündə sadece 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər».

Araşdırmada iştirak edən insanlar 5 qrupa ayrılıblar. Onlar heç hərəkət etməyən, çox fəal olanlar Ardı »

İdman və sağlamlıqİdman etmək üçün 10 səbəb

İnsan bədəni hərəkət üçün yaranıb. Az hərəkətli həyat tərzi insanın tez yorulmasına, əhval-ruhiyyənin enməsinə, bəzilərində isə depressiyaya gətirib çıxarır. Əgər indiki insanlar bir çox əsrlər əvvəl yaşasaydılar onlar özlərinə qida əldə etmək, yaşayış yeri düzəltmək, geyim hazırlamaq üçün çox çalışmalı olardılar. Bundan başqa, yürüşə çıxar, milli rəqslərlə məşğul olar, dağlardan sürüşər, yüksək fiziki hazırlıq tələb edən müxtəlif oyunlarda iştirak etməklə daim hərəkətdə olardılar.
Bugünkü gündə özünü geyim və yeməklə təmin etmək üçün böyük fiziki güc tələb olunmur. Lakin fiziki iş görmək, fiziki hərəkətlər etmək, piyada gəzmək sağlam olmaq üçün ən əsas şərtlərdən biridir.

Fiziki hərəkətlər nə üçün vacibdir?

1. İdmanla Ardı »

İdman və sağlamlıqFitnesin hansı növləri insanı cavanlaşdırır?

Özünüzü bir neçə yaş cavanlaşdırmaq üçün bir tək kosmetoloq və ya plastik cərraha müraciət etməklə deyil, həmçinin fitnesslə məşğul olaraq da etmək mümükündür.

Fitnes — qocalma əlamətlərinin mübarizəsində ən yaxşı müttəfiq sayılır. Buna səbəb, onun bütün orqanizmi əhatə etdiyinə görə sağlamlığa çox xeyirli olmasıdır.Fitnesin isə bir çox növləri olduğundan əldə etmək istədiyiniz nəticə sizin məqəsədinizdən asılıdır.

Məqsəd: orqanizmin bütün sistemlərini cavanlaşdırmaq
Güc sərf olunan məşğələlərdən əzələlərdə yaranan gərginlik orqanizm tərəfindən stress kimi qəbul olunur, orqanizmin buna olan təbii reaksiyası isə hormonların intensiv atılmasıdır. Məhz hormonların olmaması isə qocalma prosesini tezləşdirir. Bu maddələr olduğu halda orqanizm yaxşı işləyir, bu da dərinin Ardı »

İdman və sağlamlıqFitnes qaydaları

Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan, - məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək olmaz
Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

Cəld, lakin gərgin hərəkətlər etmək olar
Qısa, lakin cəld hərəkətlər etməyə çalış, - Aida deyir. Adətən, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80% hərəkətin 60%-ni bir saat ərzində edirik. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən.

Sallağı oturmağa tənbəllik etmək olmaz
Sallağı oturmaqla Ardı »

İdman və sağlamlıqIdmanın insan orqanizmi üçün 7 əsas xeyiri

Əgər hər gün yüksək əhval ruhiyyədə, enerjili və sağlam bir həyat yaşamaq istəyirsinizsə həkimlərin sizə ilk məsləhəti idmanla məşğul olmaq olacaq.
İdmanala məşğul olmağın bizə nə kimi xeyirləri var? ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır.

Beləliklə sizə idmanın insan orqanizmi üçün 7 əsas xeyirini təqdim edirik.

1. İdman əhvalı yüksəldir — bele ki, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır.
2. İdman Xroniki xəstəliklərin qarşısını alır-müntəzəm idmanla məşğul olmaq yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır.
3. İdman çəkinizi qorumağa kömək edir-müntəzəm idmanla məşğul olan zaman Ardı »

İdman və sağlamlıqÜzgüçülük

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup olaraq etdikləri yarışmaya deyilir.

Üzgüçülüyün tarixi
Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi. Qədim Yunanıstanda zaman zaman üzgüçülük yarışmaları təşkil etmişlər; Romalılar, hamamlardan ayrı olaraq üzmə hovuzları etdirmişlər. Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr etmişdir.

İlk açıq hava hovuzunun 1828-də Liverpulda Ardı »

İdman və sağlamlıqArıqlamaq üçün hərəkətlər

Ümumiyyətlə arıqlamaq üçün idman etmək istəyən xanımlar səhər duranda ilk 10-15 dəqiqə sadəcə gözəl bir rəqs musiqisi ilə oynayaraq isinmə hərəkətləri etsə yaxşıdır. Oynaq,şən bir musiqi seçin. Bundan sonra 10 və ya 8 dəqiqəlik ayrı-ayrı qısa idman hərəkətlərinə başlamaq olar..
Şeypinq (ingilis sözü olan shape-dən götürülüb, “forma”, “forma vermək” mənalarında işlənir) – arıqlamaq üçün məşqlər sistemidir. Bu, uzunmüddətli, lakin intensivliyi az olan məşqlər yolu ilə yağların yandırılması ideyasına əsaslanır. Bunun üçün şeypinqdə bütün bədənə deyil, konkret olaraq problemli bölgələrə yönəldilmiş kompleks çəşqlərdən istifadə olunur. Hər bir hərəkət müəyyən bir əzələ qrupunu (ayrıca olaraq budu öndən, arxadan, kənarlardan və s. buna oxşar şəkildə) Ardı »

İdman və sağlamlıqHərəkət et,yaşa!

Braziliyanın Clinimex klinikasının mütəxəssislərinin tədqiqatlar sonrası gəldiyi qənaətə əsasən yaşlılıq dönəmində daha uzun və sağlam yaşamaq üçün hərəkətliliyi daima davam etdirmək lazımdır.Onların rəyinə görə başqalarının dəstəyi ilə hərəkət etmə meylliyi və ehtiyacı olan kimsələrin digər hərəkətli yaşlılara görə daha erkən ölmək şansı həddindən artıq çoxdur. Mütəxəssislər 50-80 yaş arası 2000 könüllü arasında sadə bir təcrübə aparmış və bunun üzərinə müşahidələrdə alınan nəticələri təhlil etmişlər.İlkin icra edilməli hərəkət isə sadəcə öz gücü hesabına döşəmədə oturaq vəziyyətdən qalxmaq və düz vəziyyət almaqdan ibarət olmuşdur.Praktiki olaraq öz potensialı hesabına bu vəziyyəti ala bilən yaşlılar fiziki olaraq daha sağlam və gümrah olmaqla bərabər gündəlik həyatın Ardı »