Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Melumatlar ve gozellik sirleriMüasir qadın və gözəllik

Amerika kosmetika şirkətinin təsisçisi Estee Lauder (1906-2004) vurğulayır ki, "gözəllik yanaşma tərzindən asıldır. Burada heç bir sirr yoxdur. Nə üçün bütün gəlinlər gözəl görünür? Çünki toy günü necə görünəcəklərini əvvəlcədən fikirləşirlər. Çirkin qadın yoxdur, yalnız özünə baxmayan və cazibədar olduğuna inanmayan qadın var!" nowadays

Müasir qadm çox məşğuldur. 0 təhsil alır, xarici dil öyrənir, karyera yaratmaq, bununla yanaşı, ailə qurmaq və ana olmaq kimi ənənəvi missiyalarını yerinə yetirmək istəyir. Bu iş bolluğu içərisində onun hər gün özünə vaxt ayıra bilməsi çətinləşir. Həqiqətən də asan iş deyil. Nəticədə də özünə vaxt ayırmağın mümkünsüz olduğunu düşünən qadmlar bu işdən vaz keçirlər. "Heç nəyə vaxtım Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriQadınların daha çox seçdiyi peşələr.

1-Moda

Əvvəlki sahələri izah edərkən fiziki gözəllik, yüksək qadın nisbəti, güclü şəxsiyyətlər və özünü göstərməkdən bəhs etdik. 1 nömrəli sahə üçün bu xüsusiyyətlərin hamısını sayaq və üstünə də supermodelləri əlavə edək. Moda sənayesi yalnız supermodellərlə deyil, onlardan başqa müvəffəqiyyətli qadın dizaynerlər, modelyerlərlə doludur.

Cinsiyyətlərinə görə ayrılan işlər artıq keçmişdə qaldı. 2007-ci ildə Birləşmiş Şatatlarda iş qüvvəsinin 47%-ini qadınlar təşkil edir və 2016-cı ilə qədər bu faizin 49% olması gözlənilir.

2-Təşkilatçılıq

Görkəmli və qərarlı bir qadından, bundan daha artıq heç nə gözləmək olmaz. Təşkilatçılıq sahəsində çalışan üçün bu ən vacib xüsusiyyətlərdir.Toy, party və ad günü təşkilatçılığı həmişə tam və qüsursuz olmalıdır. Bu sahəyədə qadınların hakim Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriSiqaret qadınları ürəyindən vurur

Onlarin 1 siqareti kişilərin 5 siqaretinə bərabərdir

İtaliyada aparılan bir araşdırma, qadınların çəkdiyi hər bir siqaretin ürəklərinə verdiyi zərərin kişilərin qəbul etdiyi 5 siqaretinkinə bərabər olduğunu ortaya qoyub.
Məlum olub ki, ürək xəstəlikləri Avropada ildə təxminən 4.3 milyon, İtaliyada isə 242 min adamın ölümünə səbəb olur, bu xəstəliklərin ortaya çıxmasında isə siqaretin oynadığı rola böyükdür.

Qadınların çəkdiyi hər bir siqaretin ürəklərində yaratdığı təsir bir kişinin qəbul etdiyi 5 siqaretə ekvivalent olduğu xəbərdarlığını edən elm adamları, qadınların bu zərərli vərdişdən xilas olmaq mövzusunda isə çox da istəkli olmadıqlarını söyləyirlər. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMonica Beluccidən gözəllik sirrləri

Rejissorlar üçün Monika filmlərin yaraşığı, aktyorlar üçün əvəzolunmaz tərəf müqabili, planetin bütün kişiləri üçün əlçatmaz ideal və ancaq bir nəfər - fransız aktyoru Vensan Kassel üçün sevimli həyat yoldaşıdır.

Qadınlar üçün isə bu qadın bəzən paxıllıq, bəzən də pərəstiş obyektinə çevrilir.

Başı boş gözəlçə...

Bəlkə də inanmaq çətindir ki, bir vaxtlar Monica öz gözəlliyini bir Tanrı ərməğanı deyil, onun bəxtinə düşmüş çətin bir sınaq olaraq qəbul edirdi. Provinsial bir italyan şəhərciyi olan Çitta-Da-Kastellada böyümüş bu qızcığaz hər zaman paxıllığını çəkən qadınların onun haqqında yaydığı şaiyələr və insanların pis fikirləri ilə üzləşirdi. Sinif yoldaşları və qonşuları onu incitmək, adını pis çıxartmaq üçün onun haqqında Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriGözlərin aladır, qaradır yoxsa...

Yayda biz hara gediriksə gedək, heç vaxt vacib aksessuarımızı - gün eynəyini unutmuruq. Onlar təkcə bizim görünüşümüzü bəzəmir, həm də səhhətimizi qoruyur.
Bu yay mösümündə dəbi diqtə edənlər öz fantaziyalarını bütünlüklə işə salaraq, müxtəlif formalı və rəngli gün eynəkləri düzəldiblər. Əsas şərt eynəyin gözəl (təkcə funksional yox, daha zərif və sirli) və cəlbedici olmasıdır. Buna görə də onları bəzək daşları və metal applikasiyalarla bəzəyirlər.
Gün eynəklərini əsasən üç qrupa ayırırlar. Kosmetik, gündən qoruyan adi və çox yüksək müdafiəli eynəklər.
Kosmetik eynəklər kosmetik funksiyanı yerinə yetirərək, imici nəzərə çarpdıran aksessuar rolunu oynayır. Onlar sizi günəşdən qorumasa da, sizə ziyan da vurmayacaqlar. Adi Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÜzüm suyu yaşlanmanı gecikdirir.

Üzüm suyu yaşlanmağı geciktirir.Hər dərdə dərman üzüm suyu.

Üzüm və üzüm suyunun qan quruluşçu və antioksidan xüsusiyyətlərinin yanında bilinməyən bir çox xüsusiyyəti var. Mütəxəssislər vitamin və mineral baxımından olduqca zəngin olan üzüm sununun xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri olduğunu ifadə edir.
A, B və C vitaminləri, kalium və dəmir baxımından olduqca zəngin olan üzüm suyu, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bilinən xüsusiyyətlərinin yanında məzmunundakı antioksidan birləşmişlər sayəsində xərçəng hüceyrələrinin meydana gəlməsinə mane olduğunu ifadə edən Erciyes Universiteti Sağlamlıq Elmləri Fakültəsi Bəslənmə və Diyetetik Hissə Başçısı Prof. Dr. Neriman İnanc, üzüm sununun qan sulandırıcı xüsusiyyəti ilə də infarkt riskini azaltdığını söylədi.
Üzüm Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriÇox faydalı maskalar

Çillər üçün

3 qaşıq kətan toxumu 2 stakan suda qaynadılır və süzülür. Əldə etdiyniz bu suyu çillər və ləkələrin üstünə çəkin. Ləkələr gedənə qədər hər gun, üzünüzə çəkə bilərsiniz.

Üz təmizləmə

Balı az miqdarda üzünüzə sürtün və 20 dəqiqə sonra su ilə yuyun

Qara nöqtələr

1 yumurta agı və 1 çay qaşığı alma sirkəsini qarışdırıb üzünüzə surtun. Quruduqdan sonra 1 qat daha sürtün, 15 dəqiqə sonra ilıq su ilə durulayın.

Qırışlar üçün

Hər gün üzünüzü yağsız sud ilə silsəniz üzünüzdə qırışların azaldığını görəcəksiniz.

3 qaşıq limon suyu
1 qaşıq kök suyu
1 qasıq xiyar suyu qatıb qırışlar olan yerlərə kompres edin.

Sızanaqlar üçün

Yarım limon suyu
1 cay qaşığı prisipka
1 aspirin
Hamısını qarışdırıb sızanaqların Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriƏllərin Sənin Haqqında Nələri Deyir?

1. Kiçik əlin sahibi qarışıq idealara malikdir. Bununla belə qərəzlidir, zalımdır.

2. Böyük əlin sahibi sağlam ağıla malikdir. Hər addımını düşünərək atır.

3. Əlin üstündə sarı tük olanlar çox soyuqqanlı olurlar. Onlar söhbətə o qədər də meyl göstərmirlər.

4. Əlin üstündə qara tük olanlar narahatdır, çox tez hirslenir, hər dəqiqə dava etməyə hazırdırlar.

5. Əgər qadının əlində tük varsa bu onda kişi sifətlərinin olmasına nişanədir.

6. Çox uzun barmaqlar xırdaçılığın və vasvasılığın əlamətidir. Belə insanlar cuzi işləri yerinə yetirərkən böyük diqqət sərf etməyi xoşlayırlar.

7. Uzun və nazik barmaqlar ictimai işlərdə siyasət və hiylə işlətməyin əlamətidir. Belə barmaqların sahibləri hiyləgər olur.

8. Orta barmaqlar azla kifayətlənmək, azla qane Ardı »