Maraqli Melumatlar ve gozellik sirleri → Boşanmış qadınlar "potensial fahişə"dir? (I hissə)
Boşanmış qadın damğası
Məhkəmədə nəzarətçi işləyirdim, icra işləri ilə də məşğul olurdum. İcra işlərinin də əksəriyyəti alimentdir. Aliment almaq çətin və icraçı üçün "ac", yəni rüşvətsiz işdir. Amma bu işi icraçılar görürdülər. 2 səbəbdən: anaların üzlərinə salıb şikayətlə axıra kimi getmələrinə görə və bir də bu anaların "yiyəsizliyi"nə görə.
Orda ikinci dəfə Azərbaycanda boşanmış qadının nə demək olduğu həqiqəti ilə qarşılaşdım. Sadəcə dəhşətli gəlirdi mənə. Özlərini aliment puluna satan qadınların bir hissəsi öz kefindən, bir hissəsi isə çıxılmaz vəziyyətdə edirdi bunu. Mən işlədiyim şöbədə belə vəziyyət görmədim, amma başqa şöbələrdən az da olsa, xəbər tuturduq. Belə ki, “çıxılmaz vəziyyət”i yaradan həmin icraçılar idi. Ardı »