Maraqli Melumatlar ve gozellik sirleri → Linza seçərkən diqqətli olun
Təəssüflə olsa da, bu bir faktdır ki, görmə qabiliyyətinin zəifləməsi dövrümüzdə intensiv gedən bir haldır. Bunun səbəbi qəbul etdiyimiz qida rasionunda vitamin çatışmazlığı ilə yanaşı, kompyuter və ya televizor arxasında keçirdiyimiz zamandır. İldən - ilə görmə qabiliyyəti zəif olanların sayı artır, onlar eynək və ya linzaya müraciət edirlər. Seçim isə hər kəsin fərdi istəyinə görədir.
İnsana ciddi görkəm verən eynək müasir dövrümüzdə həmçinin dəbdəbəli bir aksessuardır. Lakin gözəl xarici görünüşün arxasında insanda fiziki və psixoloji rahatsızlıq yaradan cəhətlər də durur. Aktiv həyat tərzində, xüsusilə idman növləri ilə məşğuliyyət zamanı eynəkdən istifadə mümkün deyildir. Məhz bu əsas cəhəti insanların əksəriyyətinin linzanı seçməsinə səbəbdir. Ardı »