Maraqli Melumatlar ve gozellik sirleri → Üzünüzü yağdan xilas edin!
Yağlı dəriyə sahib xanımlar xüsusilə də, yaz və yay aylarında problem yaşayırlar. İsti hava, çirklilik və Günəşin zərərli şüası üzdə yağın miqdarını artırır. Bu da sızanaqların və digər dəri problemlərinin yaranmasına şərait yaradır.
Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.
Sun.az üzünüzü yağdan xilas edəcək məsləhətləri təqdim edir:
1.Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla üzünüzə qatıq və ya kefir çəkin və 15 dəqiqədən sonra sərin su ilə üzünüzü yuyun.
2.Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarmasını əlavə edin. Ardı »