Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqli Melumatlar ve gozellik sirleriDiş ağartma üsulları

Yayda bürüncləşən üzünüzdə, dümağ bir gülümsəmə olsun istəməzsinizmi?

Beləliklə, inci kimi dişlərə sahib olmanızı təmin edəcək bir neçə sadə diş ağartma üsulu...



Sağlam və tərtəmiz dişlərə sahib olmanın gözəlliyinizə qatqısı gözəllik əlbəttə mübahisə edilməz bir şeydir. Ancaq bəzən çoxumuz diş sağlamlığımıza laqeydlik edirik, bu mövzuya lazımlı diqqəti göstərmirik. Bunun üçün müxtəlif bəhanələr uydursaq da əslində periodik olaraq diş həkimimizi ziyarət etməmiz lazım olduğunu bilirik. Bu səhlənkarlığın bir nəticəsi olan və gözəlliyinizə kölgə salan saralmış dişlərdən xilas olmanız üçün sizə bir neçə kiçik üsul hazırladıq. Ancaq yenə də, bu tətbiqlərdən hər hansı birini seçmədən əvvəl, diş həkiminizlə məsləhətləşməyinizi məsləhət görürük.
Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriDərinin növünün müəyyənləşdirilməsi üçün test

Sual: üzünüzü təmizləyici losyonla silərkən nə hiss edirsiniz?
1. Sanki, dərim dartılır.
2. Dərim hamardır, heç bir xoşagəlməz hisslər keçirmirəm.
3. Quruluq və göynəmə meydana çıxır.
4. Dəri zərifdir, xoşagələn hisslər keçirirəm.
5. Üzümün bəzi hissəsində quruluq, digər hissəsində ha-marlıq hiss edirəm.

Sual: üzünüzə təmizləyici krem sürtərkən hansı hissləri keçirirsiniz?

1. Xoş hisslər.
2. Dəri hamardır.
3. Müxtəlif: bir yerdə – xoş, digərində göynəmə.
4. Sanki dəri həddən artıq yağlanır.
5. Dəri bəzi hissədə yağlıdır, digər hissədə hamar.

Sual: günün ortasında üzünüz özünü necə hiss edir?

1. Qabıq verir.
2. Dəri təmiz və təravətli qalır.
3. Dərimin ayrı-ayrı yerləri qabıq verir və qızarır.
Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriQaş, Kiprik Tökülməsi Üçün Təbii Həll

Tökülən qaş ya da kirpiklərinizi gücləndirmək üçün asan və təsirli bir təsvir var: Bir çay qaşığı vazelin, bir çay qaşığı badam yağı, bir çay qaşığı lanolini istiliyə dayanıqlı bir qaba alıb Benmari üsulu əridin. Əldə etdiyiniz qarışıq ilıqkən qulaq təmizləmə çubuğu ya da təmiz bir diş fırçası köməyi ilə qaş ya da kirpiklərinizə sürtün. Əməliyyatı, hər gün təkrar edin. Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriSütdən gələn gözəllik...

Dərimiz üçün bir möcüzə axtarırsaq qətiliklə o möcüzənin adı süddür! Təbii nəmləndirici vəzifəni boynuna götürən südü yüz illərdir qadınlar gözəllikləri üçün istifadə etməkdədirlər. Bilməyənimiz yoxdur ki, gözəlliyi ilə günümüzə qədər adı gəlmiş olan Cleopatrada süd duşlarıyla gözəlləşərdi. Madam bu cür gözəlliyimiz üçün təsirli bir maddə var həyatımızda o zaman onu necə istifadə edəcəyimizi bilməliyik deyilmi? Buyurun birlikdə südün gözəllik sirlərini öyrənək:




Romantik Şokoladlı Süd Duşu

• 3 fincan süd
• 5 yemək qaşığı təzə qıyılmış nanə
• 3 yemək qaşığı kakao
• ½ fincan duz
• 1 fincan misir nişastası
Bütün bu vəsaitləri geniş bir kasa içərisində qarışdırın və doldurduğunuz ləyənin içinə tökün. Süd duşunuzun kefini Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriSeksual ayaqlara bu yolla sahib olun

Seksual ayaqlara bu yolla sahib olun

Doğuşdan qüsursuz ayaqlara sahib olmaya bilərsiz, bunun üçün özünüzü günahkar hiss etməyin. İdman və sağlam qidalanma ilə ayaq quruluşunda incəlmə və dəyişikliklər ola bilər. Qısa yolla seksual ayaqlara sahib olmaq istəyirsizsəntövsiyələrinə əməl edin.

İlk addım: Təmizlik
Qüsursuz ayaq üçün "lipuçka”, ya da epilyasiyadan birini seçin. Tüklər təmizləndikdən sonra ayaq sabunu, ya xüsusi gellərlə masaj edərək yuyun.

İkinci addım: Nəmləndirici və pudra
Tükləri təmizlədikdən sonra ayaqlarınızı mütləq nəmləndirin və nəmləndirici kremdən istifadə edərək masajla qan dövranını sürətləndirin. Üzərindən dəri rənginə uyğun bir pudra çəkin. Bunun üzərindən bürünc rəng, ya da parıltılı pudra istifadə edərək daha işlıtılı ayaqlara sahib ola bilərsiz.

Üçüncü addım: Ayaq Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriMakiyaj və bürc

Bəzi insanların gündəlik həyatında astroloji proqnozlar əhəmiyyətli yer tutur. Hər bir bürcün özünəməxsus xüsusiyyəti var. Mütəxəssislər makiyajı da bürcə görə etməyi məsləhət görürlər.

Od ünsürlü bürclər
Qoç, şir və oxatan bu qrupun təmsilçiləridir. Bu qrupa daxil olan qadınlar diqqət mərkəzində olmağı sevirlər. Makiyajda da cəlbedici rənglərə üstünlük verirlər. Onların rəngi qırmızı və qaradır. Gözlərdə qara qələmdən istifadə məsləhətdir. Dodaq boyalarında və ənlikdə isə qırmızıya üstünlük versələr daha cəlbedici ola bilərlər.

Su ünsürlü bürclər
Xərçəng, əqrəb və balıqların rəngi yaşıldır. Onlar yaşılın istənilən çalarından istifadə edə bilərlər. Dodaq boyası və ənlik seçimində şaftalı rəngi, çəhrayı məsləhətdir.

Hava ünsürlü bürclər
Əkizlər, tərəzilər və dolça bu qrupa aiddir. Bu qrupa Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriDəri Möhkəmləşdirmək Üçün Möhtəşəm Formul

Dəri Möhkəmləşdirmək Üçün Möhtəşəm Formul.

Formasız olmuş bədənimizi yığışdırmamız çox asan...
İdman edərkən, birdən buraxmamız, Tez-tez kilo götürüb verməmiz, masa başında çalışır olub hərəkətsiz qalmanız ya da yaşımızın irəliləməsindən ötəri Bədənimiz deformasiyaya uğrayar.
Dəri möhkəmləşdirmə üçün təbii həll
Ərik yağı
Kantaron yağı
Çiyələk yağı
Suysam yağı
Portağal yağı
Bibəriyə yağı
Jasmin yağı
Yosun yağı
Bir kasanın içinə iki şorba qaşığı ərik yağı, kantaron yağı, çiyələk yağı, suysam yağı, portağal yağı, bibəriyə yağı, jasmin yağı və yosun yağı qoyub hamısını qarışdırın. Duşda bədəninizi yumşaq bir kisə ilə kisələydikdən sonra bu qarışığı masaj edərək bədəninizə yedirin və yarım saat sonra ilıq su ilə duş alın. Olduqca təsirli və ideal bir möhkəmləşdirici düsturdur. Həftədə iki dəfə Ardı »

Maraqli Melumatlar ve gozellik sirleriKipriklər üçün təbii baxım

Kirpikləri uzatmaq üçün :
1 stəkan suyu qaynadın. 1 çay qaşığı hind yağı və 12 qr kakao yağı əlavə edib qarışdırın. Qabı isti su dolu bir başqa qabın içinə yerləşdirib krem halına gələnə qədər istilədin. Qarışığı soyudub 15 gün boyunca yatmadan əvvəl gözlərinizə girməməyə diqqət yetirərək kipriklərinizə sürtün. Sürtmə əməliyyatını kiprik kökündən uca doğru tətbiq edin.
Daha uzun və gur kipriklər üçün bərabər miqdarda Hind yağı ilə badam yağını kiçik bir şüşədə qarışdırın. Bu qarışığı 15 gün boyunca yatmadan əvvəl, gözlərinizə girməməyə diqqət göstərərək, qulaq təmizləmə pambığının köməyiylə kipriklərin kökündən ucuna doğru sürtün. Kipriklərinizin qidalanaraq gücləndiyini və uzandıqlarını görəcəksiniz Ardı »