Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K hərfiKilsə görmək

Yuxuda kilsədə keşiş görmək – ticari və ev işlərində davalar və ixtilaflara işarədir. Yuxuda nikah görmək dostlarınızın həyatında qəmli hadisələr olacağına işarədir. Kilsə sizin yuxunuza səhvlərdən çəkindirmək üçün girir. Bu yuxu tezliklə həyatınızda peşmançılıq çəkə biləcəyinizə də işarədir.

Yuxuda kilsəyə getmisinizsə, bu yaxşı əlamətdir. Dualarınız qəbul olacaq, xoş xəbərlər eşidəcəksiniz, sağlam olacaqsınız..

Kilsə və monastrlar yuxularda geniş şəkildə yayılıb. Bu onunla izah olunur ki, bir çox yuxuların süjetini təmizlənmə, Allahla ünsiyyət, əxlaq qaydaları təşkil edir. Bir qayda olaraq, belə yuxular daxili aləmin zəifliyi dövründə görülür və siz onu möhkəmləndirməyə çalışırsınız. Çox vaxt belə yuxularda kilsə xadimi kimi tanımadığınız adamları görə bilərsiniz. Onlar eyni Ardı »

K hərfiKişi görmək

Yuxuda yaraşıqlı, boy-buxunlu və bacarıqlı kişi görmək o deməkdir ki, siz bütünlüklə həyatdan zövq alacaq və var-dövlət sahibi olacaqsınız. Yuxuda eybəcər, qaşqabaqlı kişi görsəniz, məyusluqlar və bir çox çətinliklərlə qarşılaşacaqsınız. Qadın yuxuda çox yaraşıqlı kişi görübsə, həyatda məşhurluq qazanaraq bundan zövq alacaq. Qadın yuxuda onun çirkin, iyrənc sifətindən qorxubsa, həyatda dost hesab etdiyi adamdan pislik görəcək. Ardı »

K hərfiKəl görmək

Əgər qadın yuxuda kəl öldürürsə, bu o deməkdir ki, ona xoşbəxtlik gətirəcək maddi şeylərdən imtina edərək çox vacib bir işi boynuna götürəcək və kişilərin tərifini qazanacaq. Bundan əlavə, yuxuda kəl görmək güclü, lakin axmaq düşmənlərin meydana çıxacağından xəbər verir. Onlar sizə qarşı açıq şəkildə mübarizə aparacaqlar, lakin sizin taktiki və diplomatik hərəkətləriniz onlar üzərində qələbə çalmağa imkan verəcək. Ardı »

K hərfiKokteyl görmək

Yuxuda kokteyl içmək o deməkdir ki, ciddi, ağıllı adam cildinə girərək yüngül xasiyyətli kişi və qadınların mühitinə düşərək əylənəcəksiniz. Qadın üçün belə yuxu ümumi hərəkət normalarına məhəl qoymayan pozğun həyat tərzinə işarədir. Ardı »

K hərfiKredit almaq

Yuxuda borc almaq itki və köməksizlik əlamətidir. Bankir yuxuda digər bankdan borc götürürsə, bu əmanətlərin geri qaytarılması haqqında banka gələn tələblərin iflasa gətirib çıxaracağına işarədir. Əgər kimsə sizdən borc alıbsa, bu o deməkdir ki, ehtiyacınız olduqda sizə yardım göstərəcəklər. Sadiq dostlarınız sizə baş çəkəcək. Ardı »

K hərfiKİMYAGƏR

Röyada kimyagər görmək-işlərinizin qarışıq duruma düşəcəyinə və gərəksiz yerə əlinizdən pul çıxacağına yozulur. Ardı »

K hərfiKƏLLƏ-PAÇA

Əti yeyilən heyvanların kəllə-paçasını yuxuda görən adamın güzəranı yaxşı, qazancı bol olar. Ardı »