Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K hərfiKremasiya görmək

Yuxuda kremasiya (meyitlərin xüsusi peçlərdə yandırılması) görmək rəqiblərinizin işlə bağlı sizin nüfuzunuzu azaltmağa çalışdıqlarına işarədir. Sizi yuxuda kremasiya edirlərsə, öz intuisiyanıza inanmayaraq başqalarının fikirlərinə əsaslanmağınızın işdə açıq-aşkar uğursuzluğa gətirib çıxaracağına işarədir. Ardı »

K hərfiKolluq görmək

Yuxuda kolluqda itmək o deməkdir ki, bədxah düşmənləriniz sizə böhtan, şər atmaqla tələyə salmaq istəyirlər. Belə yuxudan sonra ruhunuzu əzab-əziyyətə hazırlamalısınız. Yuxuda kolluqdan çıxa bilmisinizsə, bu, lazımi vaxtda sizə dostlardan gələn yardıma işarədir. Ardı »

K hərfiKarantin görmək

Yuxuda karantində olmaq naməlum səbəblər üzündən sizinlə əlaqələrin yaradılmasına qoyulan qadağalara işarədir.Karantin tənhalıqdan (könüllü tənhalıq) və ya sizin tərk edildiyiniz hallardan fərqlənir. Karantində belə hesab edilir ki, tənhalığınız sizin xeyrinizə olmalıdır.Belə yuxular hər şeydən əvvəl yenilənmə və mənəvi cəhətdən təmizlənməyə işarədir.Digər versiyaya görə,karantin tərbiyəvi xarakter daşıyır.Həyatınızın mənəvi baxımından bir-birinə zidd hisslərlə əhatə olunmusunuzsa, yuxuda yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün özünüzü karantinə cəlb edə bilərsiniz. Ola bilsin ki, siz konkret vəziyyətdə “nöqsansız sağlamlığınızı”ətrafdakıların qəbul etməsini istəyirsiniz. Ardı »

K hərfiKƏFKİR

Qısa vaxt ərzindəsıxıntılardan qurtulacağınıza işarə olaraq qəbul edilir. Ardı »

K hərfiDon, köynək görmək

Gənc qadın yuxuda zərif, gözəl tikilmiş köynək (yaxud don) görübsə, bu o deməkdir ki, öz incə hərəkətləri və bacarıqları ilə hamını özünə heyran edəcək. Yuxuda donunun cırıq olduğunu görübsə, qadağan edilmiş işə görə mühakimə olunacağı gözlənilir. Yuxuda qadın köynəyi geyib baxıbsa, əyninə ölçübsə, həyatda gözlənilmədən rəqibi ortaya çıxacaq. Əgər yuxuda xoşuna gələn paltarı almaq üçün əndamına diqqət yetirirsə, həyatda rəqibini uğurla dəf edərək sevgilisinin sevgisini yenidən qazanacaq. Ardı »

K hərfiKirəçi görmək

Yuxuda qadın evində kirəçi görürsə, bu onun xoşagəlməz sirlərlə əlaqəli olacağına işarədir. Əgər kirəçilərdən biri kirayə haqqını ödəmədən mənzildən getsə, onu kişilərlə gözlənilməz xoşagəlməz hallar gözləyir. Əgər onlardan biri kirayə haqqını versə, bu, uğur əlaməti və yaxın gələcəkdə pulların yığılmasına işarədir. Ardı »