Yuxuda kilsədə keşiş görmək – ticari və ev işlərində davalar və ixtilaflara işarədir. Yuxuda nikah görmək dostlarınızın həyatında qəmli hadisələr olacağına işarədir. Kilsə sizin yuxunuza səhvlərdən çəkindirmək üçün girir. Bu yuxu tezliklə həyatınızda peşmançılıq çəkə biləcəyinizə də işarədir.
—
Yuxuda kilsəyə getmisinizsə, bu yaxşı əlamətdir. Dualarınız qəbul olacaq, xoş xəbərlər eşidəcəksiniz, sağlam olacaqsınız..
—
Kilsə və monastrlar yuxularda geniş şəkildə yayılıb. Bu onunla izah olunur ki, bir çox yuxuların süjetini təmizlənmə, Allahla ünsiyyət, əxlaq qaydaları təşkil edir. Bir qayda olaraq, belə yuxular daxili aləmin zəifliyi dövründə görülür və siz onu möhkəmləndirməyə çalışırsınız. Çox vaxt belə yuxularda kilsə xadimi kimi tanımadığınız adamları görə bilərsiniz. Onlar eyni cinsdən olan, yaşlı,xüsusi geyimli insanlar ola bilər. Kilsədə xadimlər görməmisinizsə, bu daxili mübarizəyə işarədir.
—
Yuxuda bu simvolu görmək pərişanlıq, mənəvi təmizlənmə və tövbə etməkdən xəbər verir. Kilsəyə daxil olduğunuzu görmək real həyatda əməllərimizin şəxsi xudbinlik və ətrafdakı adamların fikirlərilə razılaşmamaq əsasında diqtə olunduğundan xəbər verir. Bu yuxu sizin öz həyatınızı dəyişməli olduğunuzdan və işlətdiyiniz günahlardan tövbə etməyinizin vaxtı yetişdiyi barədə xəbərdarlıqdır. Yuxuda kilsədə ibadət etmək sizi əhatə edən adamların sevgi və hörmətinə bül bağladığınıza işarədir. Mıxlanmış qarıları olan kilsə ilə bağlı gördüyünüz yuxu həyatınızın pisliyə doğru dəyişcəyindən, qüssə və çıxılmaz vəziyyətdən xəbər verir. Yuxuda dağılmış kilsədə dayanın şamdana şam qoymağa cəhd etdiyinizi görmək reallıqda mənəvi dirçəlmə və yenilənmədən xəbər verir. Siz ibadət zamanı kilsəyə girirsiniz. Bura sıxlıqdır, çünki kilsənin gümbəzi altına çoxlu sayda adam toplaşıb. Adamlar diz üstə dayanıb dua edirlər. Siz başınızı yuxarı qaldırır və günbəz əvəzinə ulduslarla dolu səmanı görürsünüz. Onlrın arasında parlaq qırmız rəhgdə Ay üzür. Ay yaxınlaşdıqca, sizi qorxu hissi bürüyür və sizə elə gəlir ki, bir az da keçsə o, yuxarıdan dua edən adamların başına düşəcək – bu yuxu amansız, qanlı dini münaqişənin müjdəçisidir. Hər halda, siz onun iştirakçısı deyil, şahidi olacaqsınız. Yuxuda köhnə kilsəni bərpa etməyə kömək etdiyini görmək ayıqlıqda bütün köhnə küskünlükləri unudacaq və sizə yaxın olan adamla əvvəlki münasibətləri qura bikləcəksiniz.
Tarix: 02.04.2014 / 13:31 Müəllif: Ebulfez Baxılıb: 222 Bölmə: K hərfi