Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K hərfiKanal görmək

Yuxuda kanalda suyu çirkli görmək mədə xəstəlikləri və düşmənlərin fitnə, fəsadlarına işarədir. Əgər su təmizdirsə, sizi sakit həyat və dostlarınızın sədaqəti gözləyir. Gənc qadın kanalda qayıqla gedirsə, bu yuxu onun üçün ciddi, təmiz, sağlam həyat və onu dərin məhəbbətlə sevən ər deməkdir. Əgər qadın təmiz suyun üzərindəki körpü ilə kanalı keçibsə, real həyatda məmnunluq və uğurlar gözlənilir. Əgər su bulanıqdırsa, onu çətinliklər, əsəb gərginliyi gözləyir. Ardı »

K hərfiKASA

Röyada kasa belə yozulur: Dolu kasa-qismətdir. Boş kasa-üzüntüdür. Qızıl və ya gümüş kasa-bol qazanc və işdə uğurların artmasıdır. Kasadan bir şey içmək-bir eşq xəbəridir. Kasadan yerə su tökmək-pul itgisidir. Kasa ilə içgi içmək-eşqdə üzüntü və itgidir. Ardı »

K hərfiKEÇƏ

Röyada keçə paltar geymək-get-gedə yoxsulluq üz verəcəyini, kədərli və üzüntülü günlərin yaxınlaşdığını bildirir. Rəngli keçə-xeyir xəbərə yozulur. Yırtıq keçə-yaxın gələcəkdə var-dövlət sahibi olacağınızı göstərir. Ardı »

K hərfiKədərlənmək

Yuxuda qəm və kədərə düçar olduğunuzu və onun sizin bütün gücünüzü, əl-qolunuzu bağladığını görmək yaxında sizə qaçılmaz fəlakətin üz verəcəyinə işarədir. Digərlərini kədər içində görmək o deməkdir ki, sizi çoxlu uğursuzluq gözləyir. Ardı »

K hərfiKələm görmək

Kələm görmək pis əlamətdir. Müxtəlif formalarda narazılıqlar və qarışıqlıq yarana bilər. Yuxuda yaşıl kələm görmək sevgidə xəyanət və evlilik həyatında inamsızlıq deməkdir. Yuxuda kələmi kəsib götürmək o deməkdir ki, bədxərcliklə özünüzü fəlakətə sürükləyirsiniz. Ardı »