Sevgi varmı? → ATANIN DERSI
Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilə üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşpaz idi. Bir gün qızını mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlimə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi. Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmiş sual verməyə başladı. Atası Ardı »