Sevgi varmı? → Dunyadan Qaytarilmiw Korpe
Göyün ənginliklərində ağappaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin körpələr yaşayırdı. Hər tərəfi gözəl qoxu bürümüşdü-
körpələrin qoxusu. Hər tərəfdən qığıltı səsləri, körpə gülüşləri eşidilirdi.
Bu gün hava gözəl idi. Körpələr ayaqlarını sallayıb, buludların üstündə oturmuşdular. Birdən uzaqdan birinin gəldiyini gördülər. Buludlara tərəf uzanan yolda balaca, laaap balaca bir körpə gəlirdi. Ayağının biri yox idi. Qollarının ikisi də kəsilmişdi. Başından qan axırdı. Çox yorğun idi körpə. Çox ağlamışdı körpə. Dünyadan qayıdırdı körpə. Gəlib buludların yanına çatdı.
-Hardan gəlirsən?
-Dünyadan.
-Niyə qayıtdın?
-Məni istəmədilər.
-Bəs, ayaqlarına, qollarına nə olub?
Körpə yerdə oturub sıyrılmış boynunu yana əydi. Qan damcıları sıxılıb Ardı »