Sevgi varmı? → Göndərilməyən Məktub
«Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır.Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin „əziz balam“ deməyindən, məlahətli səsindən, hətta məni danlamağında ötrü belə darıxmışam. Ana, babam necədir? Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur.Atam bəs? Əminəm ki, hər zaman olduğu kimi əllərini yumadan süfrədə oturur. Sən də əlini yuyub gəlincəyə qədər ona yemək vermirsən. Balacanın dərsləri necədir? Qiymətlərini düzəldə bilibmi? Ona balaca dediyimi Ardı »