Sevgi varmı? → Mən öləcəm Gülüm ..
Ürəyinin harasına rast düşsə, ora qoy məni gülüm. Ora apar hara gedirsə ... Ey gül, ey güllər gözəli gül ...
Tikanlı olsa da sevda yolları ... Qanasa da ürəyin, göz yaşı olub axsa da gözlərində damla-damla həsrət ... tənhada qalsan izdihamların ortasında, üşüsədə səsin, ürəyinin ən isti yanına qoy məni gülüm ...
Həsrət düyümlənsə gözlərinə, burax cücərsin sevda sinəsində ... Burax gül qoxusuyla yuyulsun gül üzün ...
Sevgidən başqa silahım yoxdur mənim. Silahsızam quşları vurulmuş bir səmada mən öləcəm gülüm kimsə bilməsin, köhnə və dərin bir xatirəyə dəfn et məni kimsə görməsin
Üşüməsin gözərimdə ümidi küçədə qalmış kimsəsiz uşaqlar, susuz qalmış ay Ardı »