Sevgi varmı? → Weytanin Qovulmasi
★★★Kicik hekaye
Bir müddət rayonun ziyalılarından sayılmış və indi unudulan, hətta unudulduğu üçün bəzilərinin də yazığı gəlinən şair Aydın Gəncər haqda qəribə şayiələr dolaşmaqda idi. Bu şayiələri bir yerə toplasaq “məmmədqulusu” bu idi- şair getdikcə dəli olur. Kimi deyirdi istedad basıb ağlını “nakazat eləyib”, kimi deyirdi savad ağlına zor gəlib, kimi də deyirdi onsuz da şairlər bir az dəlifason bir şeylər olurlar. Aydın Gəncərin ağlının azaldığını düşünənlər onun el arasında hörmətinin də azaldığını düşünürdülər. Hanı o Aydın Gəncər ki bir toy onsuz keçməzdi-elə bir tamadalıq edərdi bütün toy əhli şad olardı. Hanı o Aydın Gəncər ki rayonmiqyaslı tədbirlərdə elə şeirlər deyərdi ki Ardı »