Sevgi varmı? → YENE SENSIZ MEN
Hərdən yadıma sən düşürsən. Yenə tökülür ağaclardan yarpaqlar, solur güllər və yenə payız kəsir qapımı. Sonra yağır yağış, batır günəş. Kimsə görmür axır içimə səssiz külək. Sonra fırtınalar baş qaldırır, səssiz, kimsə görmür mən bilirəm.
Yenə hərdən yadıma sən düşürsən. Toplanır xatirələr, yenə göz yaşı, yenə kədər, qəm. Sonra yollar uzanır mən getdikcə. Yorğun addımlar ayaqlarımı kəsir. Sanki zəncirlər bağlanıbmış kimi. Yenə hirs, yenə qəzəb. Yenə üsyanlar baş qaldırır içimdə, yenə susduracaq iradəm. Kimsə bilmir mən bilirəm.
Sonra yadıma yenə düşən sən. Yenə xatirəmdən silinməyən izlərin. Yenə heyiflər, yenə ümidlər, sonra yenə öldürülən həvəs, bəs! Artıq bitsin artıq. Çıxsın qoy günəş. Parlasın ulduzlar Ardı »